Azərbaycançılıq ideologiyasından güc alan xalqımız çoxsaylı uğurlara imza atıb
25.08.2021 [10:49]
Cavid Aydın: Vətən müharibəsindəki tarixi Qələbəmizi şərtləndirən amillərdən biri də Azərbaycanda yaşayan bütün xalqların, o cümlədən dünya azərbaycanlılarının düşmənə qarşı vahid yumruq kimi birləşməsidir
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi. Rəşadətli ordumuz işğalçıları bizim torpaqlardan qovdu və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Cənab Prezidentin də bəyan etdiyi kimi, Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmamışdır.
Beləliklə, Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi rəşadətli Ordumuzun əldə etdiyi tarixi Zəfərimiz nəticəsində 30 illik düşmən işğalına son qoyuldu. Təbii ki, bu 44 günlük şanlı savaş həm indiki, həm də gələcək nəsillər tərəfindən dərindən öyrənilməlidir. Dövlət başçısının bildirdiyi kimi, müharibənin gedişatı hər kəsə məlumdur: “Sadəcə olaraq, indi bizim dərsliklərimizdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, biz bu tarixi olduğu kimi qeyd edək, bu tarixi olduğu kimi yazaq və gələcək nəsillər də daim bunu bilsin və unutmasınlar, o cümlədən erməni vəhşiliyini unutmasınlar”.
Bu məqamda, vurğulamaq yerinə düşər ki, Vətən müharibəsindəki qələbəmizi şərtləndirən amillər sırasında xalıqımızın milli birliyi və həmrəyliyi ön sıralarda dayanır. Öz növbəsində, qəzetimizə müsahibəsində bu məqama da toxunan Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib ki, tarixi Qələbəmizi şərtləndirən amillərdən biri də Azərbaycanda yaşayan bütün xalqların, o cümlədən dünya azərbaycanlılarının düşmənə qarşı vahid yumruq kimi birləşməsidir. Onun sözlərinə görə, bu birliyin əsasında isə Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dayanır. Vurğulanıb ki, məhz azərbaycançılıq ideologiyasından güc alan xalqımız bir çox uğurlara imza atıb. Eyni zamanda, ötən 18 il ərzində daha da inkişaf etdirilən azərbaycançılıq ideologiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edərək demişdir: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.
“Azərbaycançılıq ideologiyası 2010-cu ildə qurulan dərnəyimizin adından da göründüyü kimi, bizim fəaliyyətimizdə çox mühüm yer tutur. Məhz bu səbəbdən biz dərnəyin adını Eskişehir Azərbaycanlılar Dərnəyi qoymuşuq. Məqsədimiz Eskişehirdəki bütün soydaşlarımızı bu ideologiya ətrafında toplayaraq, birlik və bərabərliklə uğurlu və güclü lobbiçilik fəaliyyəti həyata keçirməkdir”, - deyən Cavid Aydın bu məqsədlə çeşidli tədbirlərin keçirildiyini, davamlı addımların atıldığını vurğulayıb.
Onun sözlərinə görə, rəhbərlik etdiyi dərnək Eskişehirdəki azərbaycanlıları hər hansı siyasi, dini və etnik ayrı-seçkiliyə yol vermədən bir araya gətirmək və ölkəmizin milli maraqlarının müdafiəsi naminə uğurlu fəaliyyət göstərmək üçün çalışır: “Bu ideologiyadan güc alaraq Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, incəsənətini, bir sözlə, Azərbaycanı hər yönü ilə doğru tanıtmaq üçün işlər görürük. Dərnəyimiz zaman-zaman müxtəlif tədbirlər, o cümlədən əlamətdar günlər, dini və milli bayramlar, həmçinin 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 Mart - Dünya Azərbaycanlılarının Soyqırımı Günü ilə bağlı beynəlxalq konfrans, mətbuat açıqlaması, panel, piket kimi çeşitli tədbirlər keçirib. Bundan əlavə Azərbaycanın dahi şəxsiyyətlərinin, musiqisinin, mədəniyyətinin, tarixinin, Qarabağ həqiqətlərinin tanıdılması yönündə bir çox tədbirlər, o cümlədən bilik yarışmaları, ədəbiyyat gecələri reallaşdırmışıq ki, bunların kökündə də Ümummilli Lider Heydər Əliyevin ideyalarının və Onun banisi olduğu azərbaycançılıq ideologiyasının Eskişehirdəki soydaşlarımız, o cümlədən gənclərimiz arasında daha geniş təbliği əsas məqam kimi dayanıb. Onu da deyim ki, hazırda Eskişehirdə 400-dək azərbaycanlı tələbə təhsil alır”.
C.Aydın bildirib ki, azərbaycancançılıq ideologiyasının, o cümlədən ölkəmiz haqqında həqiqətlərin təbliği məqsədilə Eskişehir Azərbaycanlılar Dərnəyi 2017-ci ildən hər 3 ayda bir “Üç Çizgi” adında elmi jurnal nəşr edir: “2020-ci ildən isə Eskişehirin yerli televiziya kanalı olan “EsTv”də “Üç Çizgi” adlı həftəlik bir proqramımız yayımlanır. Vətən müharibəsində də üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışdıq. Belə ki, “Üç Çizgi” proqramının müharibə dövründəki və müharibə sonrasındakı yayınlarında öz sahələrində məşhur şəxsləri dəvət edərək Qarabağ müharibəsi haqqında proqramlar hazırladıq. 8 noyabrda Şuşanın düşmən işğalından qurtuluşu səbəbi ilə, pandemiya şəraitində olmağımıza baxmayaraq, şəhər meydanında böyük bir zəfər bayramı qeyd etdik. “Üç Çizgi” jurnalının 15-ci nömrəsi başda general Polad Həşimov olmaq üzrə Tovuz şəhidlərinə, 16-cı nömrəsi Şuşaya, 17-ci nömrəsi 44 günlük müharibə nəticəsində qazanılan Zəfərə həsr olundu”.
Müsahibimiz əlavə edib ki, indi yeni dönəm başlayıb və bu dönəmdə azərbaycançılıq ideologiyasını daha da geniş şəkildə təbliği mühüm əhəmiyyət kəsb edir: “Dövlətimizin başçısının avqustun 16-da Kəlbəcər və Laçına səfəri zamanı bəyan etdiyi kimi, “indiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir. Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir”. Beləliklə, cənab Prezident yeni mərhələdə yeni hədəflərimizi müəyyən edib və hesab edirəm ki, o hədəflərə gedən yolda yenə də əsas istinadımız milli birliyimizin təməli olan azərbaycançılıq ideologiyası olmalıdır. Yəni dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu ideologiyanın daha geniş şəkildə təbliği və yeni nəsillərə çatdırılması üçün var gücü ilə çalışmalıdır”.
Nadir AZƏRİ
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

