/ / Milli birliyin gücləndirilməsi ictimai və dövlət maraqlarının müdafiəsi üçün mühüm əhəmiyyətə malikdir
Milli birliyin gücləndirilməsi ictimai və dövlət maraqlarının müdafiəsi üçün mühüm əhəmiyyətə malikdir
12.08.2021 [08:48]
Demokratik inkişaf yolunda inamla addımlayan, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu Azərbaycanda davamlı olaraq siyasi sistemin inkişafına xidmət edən çox mühüm addımlar atılır, ardıcıl islahatlar reallaşdırılır. Bu isə siyasi subyektlərin, ictimai institutların səmərəli fəaliyyətinə, beləliklə, dövlət maraqlarının qorunmasına mühüm töhfə verir.
İctimai və dövlət maraqlarının müdafiəsi ilə bağlı fikirlərini qəzetimizə açıqlamasında bölüşən Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri Əsli Kazımova bildirib ki, siyasi baxışlarından asılı olmayaraq, hər bir vətəndaşın ilk vəzifəsi məhz dövlətin mənafeyini qorumaq, ölkənin maraqlarını müdafiə etməkdən ibarətdir. Partiya sədrinin sözlərinə görə, hər bir siyasi təşkilatın ən ümdə vəzifəsi Azərbaycan dövlətinin inkişafı ilə bağlı öz üzərinə düşənləri layiqincə yerinə yetirməkdir. Nəticə etibarilə, dövlətin apardığı milli maraqlara əsaslanan siyasət kursu da mütləq şəkildə müdafiə olunmalıdır. Təbii ki, burada ölkənin siyasi partiyaları arasında dialoq mühitinin dərinləşdirilməsi də mühüm rol oynamaqdadır.
Dərin islahatlar kursunun ölkəmizin hərtərəfli inkişafında böyük əhəmiyyətə malik olduğunu deyən Ə.Kazımova məhz bu islahatların müasir dövrdə iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında mühüm amil olmaqla yanaşı, yeni milli çağırışların həllində vacib rol oynadığını bildirib. Onun sözlərinə görə, bu mənada, ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşması da ölkənin siyasi sistemində yeni keyfiyyət dəyişikliyi yaratdı. Belə ki, yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin dərinləşdirilməsi, həmrəyliyin gücləndirilməsi dayandı və bu da, öz növbəsində, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib amilə çevrildi. Partiya sədrinin fikrincə, 2020-ci ilin iyul ayında baş verən məlum Tovuz hadisələri zamanı, eləcə də Vətən müharibəsi dövründə siyasi partiyaların dövlət maraqlarından çıxış etməsi, milli mənafenin qorunması üçün milli həmrəylik nümayiş etdirməsi məhz yeni siyasi konfiqurasiyanın formalaşması nəticəsində mümkün oldu: “Bu isə, öz növbəsində, ölkəmizdəki siyasi partiyaların dövlət maraqları ətrafında birliyini təmin etdi. Diqqət yetirsək, həmin dövrdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların imzaladıqları birgə bəyanatlarda məhz bir məqam xüsusi vurğulanırdı: Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və Onun yanında olduqlarını bildirirlər! Bu, bütün dünyaya verilən bir mesaj idi. İmzalanan bəyanatlar onu göstərirdi ki, Azərbaycanın siyasi qüvvələri dövlət maraqlarının qorunması üçün bir yumruq kimi birləşə bilib. Bu, dünyada az rast gəlinən haldır. Eləcə də 2020-ci ilin sentyabrında imzalanan bəyanatda bütün siyasi partiyalar həm də ölkə vətəndaşlarına bir çağırış etmişdilər. Həmin bəyanatda bildirilirdi ki, “belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşlarını və dünya azərbaycanlılarını bir daha milli birliyə və vəhdətə səsləyir, hər kəsi Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməyə, beynəlxalq ictimaiyyəti isə Azərbaycanın həm tarixi həqiqətlər, həm də beynəlxalq hüquqla dəstəklənən haqq mübarizəsinə biganə qalmamağa çağırırıq”. Bu çağırış milli həmrəyliyin bariz nümunəsi idi”.
Ə.Kazımovanın sözlərinə görə, ölkəmizdə formalaşan bu milli həmrəylik postmüharibə dönəmində də inkişafın əsas komponentlərindən biri qismində çıxış etməkdədir. Bu milli birliyin qorunması, siyasi həmrəyliyin daha da gücləndirilməsi Azərbaycanın gələcək inkişafı üçün mühüm önəm kəsb edir. “Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə regionda yeni bir siyasi-iqtisadi mənzərə yaratdı. Təbii ki, yeni mərhələdə hər birimiz əldə olunan bu qələbənin qorunması, onun siyasi əsaslarının daha da möhkəmləndirilməsi üçün ictimai və dövlət maraqlarının müdafiəsindən bir addım geri çəkilməməliyik və bütün gücümüzü səfərbər etməliyik. Bu gün hər bir siyasi təşkilat, partiya, qeyri-hökumət təşkilatı və vətəndaş ermənilərin 30 ilə yaxın müddətdə işğal altında saxladıqları Azərbaycan torpaqlarında törətdiyi vandalizmin ifşası üçün əlindən gələn əsirgəməməlidir”, - deyən ASRP sədri əlavə edib ki, milli həmrəyliyin gücləndirilməsi, o cümlədən siyasi partiyalar arasında dialoq mühitinin dərinləşdirilməsi bu kontekstdə mühüm əhəmiyyətə malikdir. Onun fikrincə, istər Vətən müharibəsi dövründə, istərsə də müharibədən sonra Azərbaycan vətəndaşlarının, siyasi partiyaların milli mənafedən çıxış etməsi, nümayiş etdirilən həmrəylik Azərbaycana qarşı ikili standartlara yol verən bəzi qərəzli xarici qüvvələrə də layiqli cavabdır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

