/ / Azərbaycanın beynəlxalq həmrəyliyin gücləndirilməsinə xidmət edən təşəbbüsləri dünya miqyasında yüksək dəyərləndirilir
Azərbaycanın beynəlxalq həmrəyliyin gücləndirilməsinə xidmət edən təşəbbüsləri dünya miqyasında yüksək dəyərləndirilir
24.07.2021 [06:11]
Müstəqil Azərbaycan milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasətində ayrı-ayrı dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında əlaqələrin möhkəmlənməsinə xüsusi önəm verir. Belə məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda respublikamız işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə yüksəksəviyyəli münasibətlərə malikdir. Respublikamızın Avropa İttifaqına (Aİ) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərlə, həmçinin əksər beynəlxalq qurumlarla münasibətləri də yüksələn xətlə inkişaf edir. Bütövlükdə, Azərbaycan öz imkanlarını təqdim etməklə və xoş niyyət sərgiləməklə həm regionda, həm də qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına özünün sanballı töhfələrini verir. Eyni zamanda, respublikamızın beynəlxalq miqyasdakı müsbət rolu, meydana çıxan yeni çağırışların adekvat tədbirlərlə önlənməsi üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinə xidmət edən təşəbbüsləri bütün dünyada yüksək dəyərləndirilir.
Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində dəstək verilməsi respublikamızın yüksək beynəlxalq nüfuzunun göstəricisidir
Respublikamızın beynəlxalq miqyasda rolu 2019-cu ilin dekabrında Çində baş qaldıran və qısa müddətdə dünyanın əksər ölkələrinə yayılaraq həyatımıza bir çox ciddi çətinliklər gətirən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə xüsusilə diqqəti çəkdi. Məlum olduğu kimi, hazırda Azərbaycan eyni vaxtda iki beynəlxalq təşkilata - Türk Şurasına və Qoşulmama Hərəkatına (QH) sədrlik fəaliyyətini uğurla həyata keçirir. O cümlədən ölkəmiz bəhs olunan təşkilatlarda sədrlik fəaliyyətini dünyadakı aktual çağırışlara adekvat quraraq qlobal təhlükələrə qarşı beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən yeni təşəbbüslər irəli sürür. Respublikamız Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiya şəraitində yüksəksəviyyəli görüşlərini təşkil etməklə liderlik keyfiyyəti ortaya qoyub və qlobal səyləri birləşdirib.
Respublikamızın Qoşulmama Hərəkatının sədri kimi BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürməsi də böyük aktuallıq daşıyır. Sessiya ötən il dekabrın 3-4-də Nyu-Yorkda baş tutdu. Xatırladaq ki, BMT-nin 150-dən artıq üzv dövləti respublikamızın təşəbbüsünə öz dəstəyini ifadə edib. Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində yüksək dəstək verilməsi respublikamızın beynəlxalq nüfuzunun getdikcə artmasını bir daha təsdiqləyir.
Ümumiyyətlə, Azərbaycanın pandemiyanın başladığı ilk vaxtlardan qlobal həmrəyliyin möhkəmlənməsinə verdiyi töhfələrin miqyası kifayət qədər genişdir. Ölkəmiz pandemiya dövründə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü ianə edib. Bundan başqa, respublikamız 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan bu istiqamətdə fəaliyyətini hazırda da davam etdirir. “Peyvənd millətçiliyi”nə qarşı olan respublikamız elə bu günlərdə ayrı-ayrı ölkələrə COVID-19-a qarşı vaksinlər göndərib.
Qoşulmama Hərəkatında öz missiyasını uğurla həyata keçirən Azərbaycan böyük inam və etimad qazanıb
Azərbaycan BMT Baş Assambleyasından sonra dünyada ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatı ailəsinin sıralarına 10 il bundan əvvəl - 2011-ci ildə qoşulub. Hərəkatın bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Buna görə də Azərbaycan-Qoşulmama Hərakatı münasibətləri kifayət qədər uğurlu alınıb. Qoşulmama Hərəkatı ərazi bütövlüyü məsələsində daim Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyib, həmçinin Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək göstərib.
Öz növbəsində, respublikamız Qoşulmama Hərəkatının məqsəd və məramlarının təşviq olunmasına davamlı töhfələr verir. 2005-ci ildən etibarən Azərbaycan hərəkatda təmsil olunan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərib. Azərbaycanın qurumun fəaliyyətinə bu və ya digər sanballı töhfələr verməsi QH-də ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub.
Azərbaycan Qoşulmama Hərəkatına sədrlik fəaliyyətinin yeni çağırışlara adekvatlılığını təmin etməyə çalışır. Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, ölkəmizin Hərəkatın sədri statusunda irəli sürdüyü təşəbbüslər bütövlükdə, QH-nin beynəlxalq səviyyədə nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın QH-nin sədri kimi ən uğurlu fəaliyyət istiqamətlərindən biri isə Hərəkatla digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlıdır. Qeyd edək ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında ötən ilin may ayında keçirilən Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda, tərkibində 55 dövləti birləşdirən Afrika İttifaqı buna qoşulub. Bundan başqa, 27 dövlətin yer aldığı Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə qatılıb.
QH-nin sədri statusunda belə səmərəli fəaliyyət Hərəkata üzv ölkələrdə Azərbaycana böyük rəğbət və hörmət qazandırıb. Bunun nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilib.
Mübariz ABDULLAYEV
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16

