Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işləri uğurla davam edir

Regionlarda elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işləri uğurla davam edir

27.12.2019 [10:01]

Bu sahədə görülən işlər bölgələrin ümumi sosial-iqtisadi inkişafına müsbət təsir göstərir

 

(əvvəli ötən sayımızda)

“Mingəçevir” SES-də olduğu kimi, “Şəmkir” və “Yenikənd” Su Elektrik Stansiyalarında da eyni qurğular quraşdırılacaq. Bununla yanaşı, hazırda “Şəmkir” SES-in 37 il əvvəl istifadəyə verilən və istismar müddətini bitirdiyindən təhlükəli vəziyyətdə olan sutullayıcı qurğusunda bərpa işləri aparılır. Qeyd edək ki, qurğuda su sızmasının qarşısını almaq, uçmaq təhlükəsini aradan qaldırmaq üçün yerli və xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə layihə hazırlanıb və təmirə başlanılıb.
“Şəmkir” SES-də təmir-bərpa işləri təkcə sutullayıcı qurğu ilə yekunlaşmayacaq və digər işlər də aparılacaq. Eyni zamanda, planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, hidroaqreqat generatorlarının təsirlənmə sistemlərinin, idarəetmə mərkəzinin, SKADA dispetçer idarəetmə sisteminin, tezliyin və aktiv gücün avtomatik tənzimlənməsi sisteminin yenidən qurulması nəzərdə tutulub. Qeyd edək ki, su elektrik stansiyalarında işlərin fasiləsiz olaraq aparılıb, 2020-ci ildə başa çatdırılması planlaşdırılıb.
Qeyd edək ki, ölkəmizin enerji təminatı, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə əlaqədar “Azərişıq” ASC-də ardıcıl tədbirlər həyata keçirilir. Ölkə üzrə elektrik enerjisi şəbəkəsini yaxşılaşdırmaq işləri davam etdirilir. Bütövlükdə, son 1 ildə görülən işlərə nəzərə salsaq, 2019-cu ilin yanvar ayından bu günədək bir çox rayonda yenidənqurma işləri aparılıb. İlin əvvəlindən Mərkəzi Aran, Cənub, Şimal, Şimal-Qərb, Şirvan və digər regionlarda yenidənqurma işləri aparılıb. İlin əvvəlində Binəqədi rayonu Sulutəpə, Biləcəri qəsəbələri, kənd Binəqədi, Novxanı, Fatmayi qəsəbəsində, Xəzər rayonu Binə qəsəbəsi üzrə mal-materialların göndərilməsi həyata keçirilib. Bu gün Abşeron rayonunun Xırdalan qəsəbəsində “Quşçuluq massivi” ərazisində, Masazır, 28 May qəsəbələri, “At yalı”, Qobu və Hökməli qəsəbələrində işlər yekunlaşmaq üzrədir.
“Azərişıq” ASC 2019-cu ilin tədbirlər planına uyğun olaraq Abşeron rayonunun kənd və qəsəbələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması işlərini davam etdirir. Bu çərçivədə Xırdalan şəhəri üçün iki ədəd 35 kV-luq yarımstansiya inşa edilib və mövcud 35 kV-luq elektrik şəbəkəsi ilə əlaqələndirilib. 5 ildir davam edən Masazır qəsəbəsində köhnə xətlərin yeniləri ilə əvəzlənməsi artıq 80% yekunlaşıb. Bu isə qış aylarında yaranan enerji fasilələrinin yaranmasının qarşısını alıb, istehlakçıların fasiləsiz enerji ilə təchizatı təmin olunub. Təkcə Masazır qəsəbəsində iki ədəd 35 kilovoltluq yarımstansiya, Xırdalan şəhərində iki ədəd 35 kilovoltluq yarımstansiya, Qobu kəndində bir ədəd 110 kilovoltluq yeni yarımstansiya inşa olunub, yeni elektrik veriliş xətləri quraşdırılıb. Xüsusilə, elektrik veriliş xətləri özündaşıyan izolyasiyalı kabel xətləri ilə əvəzlənib. Bütün bunlar birbaşa yarım milyondan artıq istehlakçının dayanıqlı, keyfiyyətli enerji təchizatını təmin edəcək.
“Azərişıq”ASC yarandığı gündən Bakı şəhəri və ətraf kənd və qəsəbələrində bütün bu işlərlə yanaşı, yeni sayğacların quraşdırılması və digər məsələlər həllini tapıb. “Azərişıq” ASC-nin göstərdiyi 17 xidmət “Asan xidmət” vasitəsilə həyata keçirilir. Bütün mövcud məsələlər elektron formada həllini tapır. Artıq yeni elektron sayğaclar - sms tipli sayğaclar ən son texnoloji nailiyyətlərə cavab verir.
Hazırda “Azərişıq” ASC-nin respublikanın fasiləsiz enerji təchizatının təmin olunması istiqamətində gördüyü işlər yekunlaşır. Cari ilin 10 ayında 32 kənddə (0,4 kVt-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq istehlakçıların elektrik enerjisi təchizatının 24 saat dayanıqlılığı və keyfiyyəti tam təmin olunub. İlin sonunadək isə daha 8 kənddə elektrik şəbəkəsinin yenidən qurulması yekunlaşacaq. “Azərişıq” ASC-nin sözçüsü Tanrıverdi Mustafayev vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli Sərəncamına əsasən, 24 illik fasilədən sonra Astara rayonunun Sekaşan kəndi yenidən elektrik enerjisi ilə təmin olunub. Sərəncama əsasən, Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə “Azərişıq” ASC bir sıra işlər görüb. Astara rayonunun dağlıq ərazisində yerləşən daha 2 ucqar yaşayış məntəqəsinə - Diqo və Dolu kəndlərinə də elektrik enerjisinin verilişi təmin olunub.
Ağsu, Göyçay və Qusar rayonlarında yenidənqurma işləri uğurla davam etdirilir
“Azərişıq” ASC “2019-cu ilin tədbirlər planı”na uyğun olaraq ölkənin bütün regionlarında elektrik təchizatı şəbəkəsini yenidən qurur. Belə ki, Ağsu şəhərində yerləşən 110/35/10 kV-luq “Ağsu” yarımstansiyası yenidən tikilib, 2x16 MVA gücündə transformator quraşdırılmaqla yarımstansiyanın gücü 32 MVA-ta çatdırılıb, - 110/10 kV-luq Broyler yarımstansiyasında təmir işləri aparılıb. Bundan əlavə, 26 km-dən artıq 110 kV-luq xətt əsaslı təmir edilmiş, 48 km 10 kV-luq hava xətləri çəkilmiş və 42 km ÖİN kabel xətləri quraşdırılıb, köhnə tipli 28 ədəd TM müxtəlif güclü müasir KTM-lə əvəz olunub, 11 ədəd yeni güc mərkəzi yaradılıb, 138 ədəd 10/0,4 kV-luq TM və KTM əsaslı və cari təmir olunub.
10 kəndin (Növcü, Aşağı Növcü, Yuxarı Növcü, Axundlu, Məlikçobanlı, Hacıqədirli, Nəvahi, 28 May, Çiyni və Qaraməmmədli kəndləri) açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri aparılmaqla 1 071 ədəd yeni metal dayaq quraşdırılıb, 32 km 0,4 kV-luq ÖİN kabellər çəkilib.
Əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, abonentlərə nümunəvi və yüksəkkeyfiyyətli xidmətin göstərilməsi məqsədi ilə ən yeni müasir texniki avadanlıqlarla təchiz edilib, Ağsu elektrik şəbəkəsinin yeni inzibati binası inşa edilib. 10 kV-luq Çiyni hava xəttindən qidalanan kəndlərin elektrik təchizatının yaxşılaşdırılması üçün 231 ədəd 10 kV-luq, 145 ədəd 0,4 kV-luq ÖİN dayaq quraşdırılıb, 4,8 km 0,4 kV-luq ÖİN kabel xətləri çəkilib, hazırda Ərəbsarvan və Bəyimli kəndlərində ÖİN kabellərin quraşdırılması işləri davam etdirilir. Bundan əlavə, 18 kəndin dayanıqlı və etibarlı elektrik enerjisi təminatının yaxşılaşdırılması üçün yeni 35/10 kV-luq yeni yarımstansiyanın tikintisi, 11,5 km uzunluğunda 35 kV-luq hava xəttinin çəkilməsi işləri və dağlıq ərazilərdə yerləşən 12 kəndin elektrik enerjisi dayanıqlığının artırılması üçün 10 kV-luq hava xəttinin təmiri üçün işlər aparılmaqdadır.
Qeyd edək ki, Ağsu elektrik şəbəkəsi tərəfindən 14 239 əhali, 948 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 15 187 abonentə xidmət göstərilir.
Həmçinin Göyçayda 81,22 km 10 kV-luq hava xətləri çəkilib və 147,97 km ÖİN kabel xətləri quraşdırılıb. Köhnə tipli 21 ədəd KTM müxtəlif güclü müasir KTM-lə əvəz olunub, 10 ədəd yeni müxtəlif güclü müasir KTM-lər quraşdırılıb, 341 ədəd 10/0,4 kV-luq KTM əsaslı və cari təmir olunub. Göyçay şəhərinin elektrik təchizatının yaxşılaşdırılması üçün 168 ədəd 10 kV-luq, 1527 ədəd 0,4 kV-luq ÖİN dayaq quraşdırılıb, 64,6 km 0,4 kV-luq ÖİN kabel xətləri çəkilib. Bundan əlavə, 5 kəndin (Mollahacılı, Şıxbəy, Yalman, Bəydövül, Qarayazı ) açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri aparılmaqla 0,4 kV-luq ÖİN kabellər çəkilib. Hazırda Göyçay şəhərində və Ulaşlı kəndində 0,4 kV-luq ÖİN kabellərin çəkilişləri davam etdirilir.
Göyçay elektrik şəbəkəsi tərəfindən 26379,0 əhali, 2 012 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 28 391 abonentə xidmət göstərilir.
Bundan başqa, Qusar rayonu ərazisində olan istehlakçıların, xüsusən də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, turizm, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə “Azərişıq” ASC tərəfindən Hil kəndində yeni 35/10 kV-luq 4 MVA gücündə yeni yarımstansiya tikilib. Həzrə kəndində 35/0,4 kV-luq 0,1 MVA gücündə yeni yarımstansiya tikilərək istismara verilib. Həmçinin 35 kV-luq “Quba-Qusar” hava xətti (12,5 km) və 35 kV-luq “Əcəxur” hava xətti (24 km) əsaslı təmir edilib. Elektrik veriliş xətlərində 35 kV-luq 45,22 km, 10 kV-luq 84,5 km naqil və 92,01 km ÖİN kabel xətləri, 7886 ədəd müxtəlif gərginlikli dayaq quraşdırılıb. Bundan əlavə, 43 ədəd köhnə tipli KTM müxtəlif gücdə müasir KTM-lə əvəz olunub, 41 ədəd 10/0,4 kV-luq KTM təmir olunub. Avaran, Balaqusar, Hil kəndlərində açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrdə yenidənqurma işləri aparılmaqla 0,4 kV-luq ÖİN kabellər çəkilib, 0,4 kV-luq ÖİN kabelin quraşdırılması işləri hal-hazırda Qusar şəhəri Ç.Qurbanov küç., Samur qəsəbəsi, Balaqusar, Xurel, Ləyərqışlaq, İmanqulukənd kəndlərində davam etdirilməkdədir.
Xatırladaq ki, Qusar Elektrik Şəbəkəsi tərəfindən 24 452 əhali, 2 115 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 26567 abonentə xidmət göstərilir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 767 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30