“Gender bərabərliyi”, yoxsa “gender münasibətləri”?
12.08.2025 [11:03]
Maarifləndirməyə ehtiyac var
Bütün dünyada gender bərabərliyi probleminin həlli BMT-nin Minilliyin İnkişaf Məqsədlərindən biridir. Demokratik və sivil cəmiyyətin göstəricisi sayılan gender bərabərliyinin təmini üçün Azərbaycanda həm dövlət, həm də qeyri-hökumət təşkilatları tərəfindən məqsədəuyğun siyasət yürüdülür. Sağlam ailə mühitinin formalaşması üçün ilk növbədə, cəmiyyətdə qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabər olması şərtdir. Bu bərabərlik leksikonumuza “gender bərabərliyi” şəklində daxil olub. Cəmiyyətin diqqət mərkəzindəki məsələlərdən olan bu anlayış özündə ictimai, siyasi, mədəni və digər sahələrdə kişi-qadın bərabərliyini ehtiva edir.
Dünyada və Azərbaycanda qadın hüquqlarının təmin edilməsində böyük irəliləyişlər əldə olunub və qadın müdafiəsi istiqamətində ardıcıl addımlar atılır, intensiv işlər həyata keçirilir. Dünya miqyasında ilk dəfə qadınlar və onun problemləri haqqında məsələ 1975-ci ildə qaldırıldı və həmin il “qadın ili” elan olundu. Elə həmin il Mexikoda Qadınların Ümumdünya konfransı çağrıldı. II Ümumdünya qadın konfansı 1980-ci ildə Danimarkada, III - 1985-ci ildə Nayrobidə, IV isə Pekində 1995-ci ildə keçirildi. Hər dörd konfransın məramı “Bərabərlik, İnkişaf və sülh” idi. Ancaq qadın və kişi hüquqlarının bərabərliyi, gender məsələləri ön plana çəkilirdi.
Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən (1993-cü il) sonra ölkəmizdə qadın problemlərinə daha böyük diqqət yetirildi. Onların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapdı. Həmin il Pekində keçirilən IV Ümumdünya qadın Konfrasında iştirak etmək üçün Dövlət Milli Şurası yaradıldı. 1995-ci il Azərbaycan qadınları üçün əlamətdar olub. Çünki Ümummilli liderin fərmanı ilə Azərbaycan “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşuldu.
1998-ci ildə Heydər Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması,Komitə qadın hüquqlarının müdafiəsi istiqamətində əhəmiyyətli işlər görmüş, tədbirlər həyata keçirmişdir.Onlardan: BMT-nin Əhali Fondunun Dövlət Komitəsi ilə birgə hazırladığı “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı Tədqiqat, BMTİP, BMT Əhali Fondu və Komitənin birgə layihəsi əsasında “Özəl sekorda kişilər və qadınlar: imkan və çətinliklər” mövzusunda Təhlil (2018-ci il) və s. kimi misal gətirmək olar. “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamları, 2000-ci ildə “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman Heydər Əliyevin Azərbaycanda gender bərabərliyinin təminatçısı olduğunu təsdiq edir. 2006-cı ildə ölkəmizdə qəbul edilən “Gender bərabərliyinin təminatı haqqında” qanuna görə, Azərbaycanda cinsi mənsubiyyətə görə hər cür ayrı-seçkiliyi qadağan olunub.
Azərbaycanlı qadınlar XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçməyə nail olublar. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Azərbaycan müstəqillik qazandıqdan, ölkədə sabitlik bərpa edildikdən sonra qadınların siyasi, eləcə də ictimai müstəvidə rolu xeyli dərəcədə artıb. Konstitusiyamız qarşısında qadınlar və kişilər eyni hüquqlara malikdirlər.Birmənalı şəkildə demək olar ki, Azərbaycanda gender bərabərliyi dövlət tərəfindən ciddi şəkildə təmin olunur.
Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunub. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olub. Gender bərabərliyinin təmin olunmasında görülən işlər beynəlxalq qurumlar tərəfindən də diqqətdə saxlanılır.
Son illər cəmiyyətimizdə genderlə bağlı ciddi uğurlar əldə olunub. Artıq bu uğurları beynəlxalq qurumların hazırladıqları hesabatlarda da görmək mümkündür. Lakin ailə münasibətlərini qanunla tənzimləmək mümkün deyil. Ailənin görünən və görünməyən tərəfləri ilə yanaşı, daxili, yalnız özünəməxsus qayda-qanunları mövcuddur. Bu gün ölkəmizdə gender bərabərliyinin təminatında qanunla yanaşı, insanları maarifləndirməyə ehtiyacı var. Bu sahəyə münsibətdə sosioloqların fikirləri maraqlıdır. Məsələn, sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, ölkəmizdə gender bərbərliyi ilə bağlı aydın, lazımlı bir fikir yoxdur: “”Azərbaycanda gender bərabərliyi dünyanın hər yerində olduğu kimidir” demək bizə lazım deyil. Bizə əsas lazım olan budur ki, ailəmizdə daha ahəngdar münasibət olsun. Gender bərabərliyini müqayisə etdiyimiz ölkələrin təcrübəsindən necə istifadə edək ki, ailələrimizdə daim ahəngdar münasibət qorunsun, sabah ailələr dağılmasın, ailə zəminində zorakılıq, qətl hadisələri, boşanmaya gətirib çıxarmasın. Deməli, biz məqsədi önə çəkməliyik, vasitə isə ikinci sırada olmalıdır. “Gender bərabərliyi” yox, “gender münasibətləri” desək, daha dəqiq olar. Bu münasibətlər ayrı-ayrı bölgələrimizdə fərqli ola bilər. Hətta Bakının kəndlərində, rayonlarında da. Deməli, biz bu sahəni yaxşı öyrənməliyik. Müasir metodlar var. Sorğular da keçirmək, söhbət aparmaq olar və s”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

