Şəhərsalmada müasir trend
10.01.2024 [10:10]
Yaradılacaq bilik mərkəzləri nəyə xidmət edəcək?
Dünyanın ayrı-ayrı iri şəhərlərində bilik-biznes rayonlarının yaradılması praktikası geniş yayılıb. Bütün zəruri təchizata və rahatlıqlara malik belə mərkəzlər idarəetmənin səmərəliliyini atırır və meqapolislər üçün adi hala çevrilən tıxaclarda vaxt itkisinin qarşısını alır. Son illərdə meqapolis kimi inkişaf edən paytaxtımızda da bu təcrübədən istifadə olunacaq. Bu barədə Bakının 2040-cı ilədək inkişafına dair Baş planında bildirilib.
Mərkəzə yaxın ərazidə “yaşıl” universitet salınacaq
Baş planda paytaxtın nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında “yaşıl” universitet şəhərciyinin - yeni bilik-biznes rayonunun yaradılması təklif olunur. Qeyd edilib ki, universitet şəhərciyi Hibrid Yaşıl Dəhlizlər şəbəkəsinə bütünlüklə inteqrə ediləcək. Bu da əraziyə aşağı sürətli nəqliyyat vasitələri ilə gediş-gəliş imkanını təmin edəcək.
Yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı, tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri təmin olunacaq.
Universitet şəhərciyi yaxınlıqda cəlbedici ticarət və qarışıq istifadə xidmətləri təklif edən yeni İctimai Nəqliyyat Yönümlü Şəhərsalma sistemlərinin (dəmir yolu, metro və avtobus xidmətləri) üstünlüklərindən faydalanacaq. Mərkəz daxilində, həmçinin əraziyə əlavə inzibati xidmətlər göstərən özəl və dövlət qurumları yerləşəcək. Nəticədə tədqiqat klasteri ilə İctimai Nəqliyyat Yönümlü Şəhərsalma sistemi birləşərək universitet şəhərciyini Bakının yeni Bilik Biznes Mərkəzinə çevirəcək.
Xocasəndə, Qalada və Mərdəkanda yaradılacaq bilik mərkəzləri
Baş plan çərçivəsində bilik mərkəzlərinin inkişafı təklif edilir. Bu mərkəzlərdə müəyyən edilmiş aparıcı iqtisadi fəaliyyət sahələrinə birbaşa yaxın olan təlim və ali təhsil müəssisələrinin fəaliyyəti birləşdiriləcək. Bu yanaşma biliklərin ötürülməsi prosesini asanlaşdırır və eyni zamanda, sabahın mütəxəssisləri ilə Bakının əsas iqtisadi fəaliyyət sahələri arasında təcrübi təlim və daimi bilik mübadiləsi üçün imkan yaradır.
Moskva Universitetinin Bakı filialının yataqxanasının və universitet şəhərciyinin 2040-cı ilə qədər uzunmüddətli perspektivdə genişləndirilməsinə dair hökumətin planlarını dəstəkləyərək, Bakı şəhərinin Baş planı çərçivəsində ərazidə “Bilik Mərkəzi”nin yaradılması təklif olunur. Bu mərkəz universitet təhsili ilə peşə və digər təhsil pillələri arasında əlaqəni təmin edəcək. Bilik mərkəzinin Xırdalan ilə Lökbatanın arasında yerləşməsi mərkəzə əlavə faydalar qazandıracaq.
Yeni Xocasən gölü parkının sakit və rahat atmosferində və yerli alt mərkəzin yaxınlığında yerləşən bu mərkəz əlaqələndirilmiş şəkildə fəaliyyət göstərən müasir təhsil mərkəzi olacaq. Bu ərazi Xocasənin gündəlik tələbat xidmətlərini, rekreasiya və əyləncə məkanlarını özündə birləşdirən yeni mərkəzi, yeni görüş və yerli təchizat mərkəzi olacaq. Bilik mərkəzi Xocasənin yeni yaşayış məhəllələrinə piyada gediş məsafəsində və Lökbatanda yerləşən logistika və topdan satış bazalarına velosipedlə gediş məsafəsində yerləşəcək.
Mərdəkan Regional Mərkəzi ənənəvi əkinçilik sahəsindən logistika sahələrinə (hava limanının fəaliyyəti ilə əlaqədar) qədər müxtəlif iqtisadi fəaliyyət sahələrini özündə birləşdirir. Gələcəkdə Mərkəz ərazisindəki bütün iqtisadi sektorlarda ixtisaslı işçi qüvvəsinə ehtiyac yaranacaq. Belə ki, kənd təsərrüfatında qismən aqrar-sənaye istehsalı metodologiyasının tətbiqi, logistika xidmətlərində isə sənaye 4.0 tələblərinə uyğunlaşma tələb olunacaq. Bu səbəbdən, Baş planda müəyyən hədəf sinfinə yönəldilmiş üç bilik mərkəzinin yaradılması təklif edilir:
• Qala qəsəbəsində dövlət və özəl ali təhsil müəssisələri üçün ümumi bilik mərkəzi, Mərdəkan üçün geniş İNYŞ (ictimai nəqliyyat yönümlü şəhərsalma) mərkəzi;
• Zirə qəsəbəsində kənd təsərrüfatı və aqrar-sənaye müəssisələrinin işçi qüvvəsi ilə təmin edilməsi üçün peşə təhsili mərkəzi;
• Logistika və ümumi aviasiya xidmətləri sahəsində peşə təhsili təmin edən mərkəzin yerləşdiyi yeni hava limanı şəhərciyi
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

