Azərbaycan üzərindən keçən yollar...
12.10.2023 [10:31]
İƏT ölkələri üçün açıqdır
Məlum geosiyasi gərginliklər fonunda ölkələr və regionlar arasında nəqliyyat dəhlizlərinin və logistika infrastrukturunun aktuallığı artıb. Bu baxımdan Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhlizin əsas həlqələrindən birini təşkil edən Azərbaycan böyük üstünlüklərə malikdir. Ölkəmiz Avrasiyada daşımaların rahat və təhlükəsiz həyata keçirməsinə geniş imkanlar yaradır. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı məktubunda respublikamızın tranzit imkanlarına xüsusi diqqət çəkib. “Azərbaycan, eyni zamanda, etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Müasir infrastruktur təminatı
Azərbaycanın tranzit daşımaları üçün üstünlüyünü şərtləndirən ən mühüm amillərdən biri müasir infrastrukturla bağlıdır. Qeyd etdiyimiz kimi, respublikamızın ərazisindən bir-birinə inteqrasiya olunmuş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Həmçinin respublikamızda Orta Dəhlizin hər iki marşruta bağlantıları var. Son illərdə həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Hər iki dəhliz üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Eyni zamanda, bu yollar üzərində yüksəksəviyyəli logistika xidmətləri təşkil olunub. Ölkəmiz Xəzərdə ən böyük donanmaya malikdir. Azərbaycanın regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir. Daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılır. Artıq onlardan ikisi - Füzuli və Zəngilan beynəlxalq hava limanları istifadəyə verilib, digər bir aeroportun inşası isə Laçında intensiv şəkildə davam etdirilir.
Artan yük həcmləri ayrı-ayrı infrastruktur obyektlərinin ötürücülük imkanlarının artırılmasını zərurətə çevirib. Prezident İlham Əliyevin vurğuladığı kimi, Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq biz Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik.
Xatırladaq ki, Şərq-Qərb marşruunun və Orta Dəhlizin funksionallığının artmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti məhz Azərbaycanın moderatorluğu ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilib. BTQ-nin fəaliyyəti yol boyunca yerləşən ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir. Layihəyə əsasən, polad magistralla növbəti illərdə 17 milyon ton və daha çox yük daşınması nəzərdə tutulur. Artan yük həcmləri nəzərə alınmaqla yenə də ölkəmizin təşəbbüsü ilə BTQ-nin ötürücülük imkanlarının genişləndirlməsinə start verilib.
Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Tədricən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə daha çox yük cəlb ediləcək. Prezident İlham
Əliyev bəyan edib ki, Azərbaycan dəmir yolu xəttinin Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılmasına təxminən 140 milyon ABŞ dolları ayıracaq. BTQ 5 ildir ki, fəaliyyət göstərsə də, onun tam gücü ilə işləməsi üçün əlavə investisiya qoymağa ehtiyac var. Ümumiyyətlə, Azərbaycan dəmir yolu xəttinin potensialının artırılmasını daim gündəmdə saxlayır. Orta Asiya ölkələri bəyan edib ki, Bakı-Tbilisi-Qars vasitəsilə daha çox yük göndərəcəklər.
Şimal-Cənub marşrutunun inkişaf etdirilməsi
Azərbaycan qonşu ölkələrlə - Rusiya və İranla əməkdaşlıq şəraitində Şimal-Cənub marşrutunun inkişaf etdirilməsinə öz töhfələrini verir. Bəhs olunan dəhlizin respublikamızın ərazisindən keçən hissəsində bütün layihələr yüksək səviyyədə icra olunub ki, bu da marşrutun funksionallığının artmasına müsbət təsir göstərir. Verilən məlumatlara görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə daşımaların həcmi 57 faiz artıb. Prezident İlham Əliyev bildirib ki, həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.
Qeyd edək ki, Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə bağlantı yaradılacaq. Bundan başqa, Araz çayı sahilinin bərpası işləri də aparılıb və çay əvvəlki məcrasına qaytarılıb. Eyni zamanda, gömrük keçid məntəqəsi infrastrukturunun da yaradılması nəzərdə tutulur. Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin olunacaq. Bu yol, eyni zamanda, tranzit yüklərin daşınmasına da xidmət edəcək. Bu marşrut Şərqi Zəngəzur iqtisadi rayonu üçün zəruri infrastrukturdur. Bunun nəticəsində bölgə logistik mərkəzə çevriləcək.
M. ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

