Dayanıqlı inkişaf
04.10.2023 [10:50]
Mübariz FEYİZLİ
Azərbaycan uğurlu inkişaf modelinə malik olan ölkədir. Son 20 ildə bütün dünya üzrə Azərbaycan kimi dinamik iqtisadi inkişaf templəri ilə irəliləyən dövlətlərin sayı çox az olub. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə reallaşdırılan ardıcıl islahatlar respublikamızın iqtisadi və bu əsasda siyasi müstəqilliyini tam təmin edib.
ÜDM-də dörd dəfə artım
Azərbaycanın bəhs olunan dövrdə iqtisadi inkişaf sahəsində qazandığı uğurlar nikbinlik üçün ciddi əsaslar verir. Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında əldə olunan nailiyyətləri böyük məmnunluq hissi ilə qonaqların diqqətinə çatdırıb. “Son 20 il ərzində, ümumi daxili məhsul dörd dəfə artıb, büdcə gəlirlərimiz 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Sirr deyil ki, hazırda ayrı-ayrı ölkələr beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətdədirlər. Azərbaycan isə sosial-iqtisadi inkişaf üçün zəruri olan etibarlı “maliyyə yastığı”na malik olan ölkədir. Bunun nəticəsidir ki, respublikamız hələ bir neçə il bundan əvvəl xarici borc öhdəliyinin azaldıılması strategiyası qəbul edib. Ölkənin xarici borcu ilbəil azaldılır. Hazırda respublikamızın xarici borc öhdəliyi ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Prezident İlham
Əliyev bu rəqəmin daha da kiçiləcəyini konqres iştirakçılarının diqqətinə çatdıraraq vurğulayıb: “2024-cü ilin sonuna qədər, planlarımıza uyğun olaraq, onun həcmi ümumi daxili məhsulun təxminən 7-7,5 faizini təşkil edəcək. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Başqa sözlə, əgər lazım gələrsə, biz bütün borclarımızı bir neçə ay ərzində ödəyə bilərik”.
Əlverişli sərmayə mühiti
Ölkələrin sosial-iqtisadi inkişafı müxtəlif sahələrə sərmayə qoyuluşunun həcmindən bilavasitə asılıdır. Ölkəmizdə sərmayə mühiti kifayət qədər münbitdir. Uzunmüddətli daxili sabitlik, ardıcıllıqla həyata keçirilən islahatlar, qanunvericilik bazasının möhkəmləndirilməsi, korrupsiyanın və digər neqativ halların əhatə dairəsinin kiçildilməsi, idarəçilikdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təşviq mexanizmlərinin işə salınması və bu kimi digər amillər respublikamızda investisiya qoyuluşunun genişlənməsini şərtləndirir. Əlamətdar haldır ki, ölkəmizdə dövlət-özəl sektor tərəfdaşlığı da getdikcə genişlənir. Ayrı-ayrı layihələrin icrasına dövlət və özəl şirkətlər birgə sərmayələr yönəldirlər. “Biz çox müsbət sərmayə mühitini nəinki enerji, o cümlədən digər sektorlarda yaratmışıq. Beləliklə, son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır”, - deyə dövlətimizin başçısı bildirib.
Yoxsulluğun aşağı salınması
Azərbaycan öz inkişafını sosial dövlət fəlsəfəsi əsasında qurub. Belə dərin məzmuunlu sosial siyasətin təzahürlərini həmçinin ölkə üzrə yoxsulluğun azalmasının timsalında da izləmək mümkündür. Azərbaycanın bu sahədə yaxşı nəticələr qazandığını vurğulayan Prezident İlham Əliyev deyib: “Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri məlum olan yoxsulluq idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idi. Hazırda isə yoxsulluq 5,5 faiz təşkil edir və onu göstərir ki, hasil etdiyimiz və beynəlxalq bazarlara çıxardığımız təbii sərvətlər lazımi qaydada idarə olunub. Milli sərvətlərin bərabər paylanması bu gün beynəlxalq ekspertlər və ən vacibi isə, Azərbaycan xalqı tərəfindən qeyd olunur. Bir sözlə, bütün bunlar əslində, göstərir ki, ölkə çox dayanıqlı vəziyyətdədir”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

