Saxta şirkətlərin qurbanı olmayın!
27.07.2023 [11:45]
“Steycoin” alsanız....
Günel ABBAS
Kriptovalyuta (coin) virtual valyuta hesab edilir. Bu virtual valyuta adından göründüyü kimi, yalnız internetdə istifadə edilir və maliyyə sistemlərində mövcud deyil. Kriptovalyutanı, plastik kartlarda olan pullar ilə müqayisə etmək olar. İnternet üzərindən olan hər hansı alqı-satqı prosesi zamanı rəqəmsal valyutanın istifadəsi mümkündür. Lakin n?ğd pul olaraq, bankomat və ya bank kassalarından onları çıxarmaq mümkün deyil. Bitcoin, laytcoin, rippl və efiriumlar maddi tənzimləmə xüsusiyyətinə malik olmadıqları üçün, yalnız internet şəbəkəsinin qlobal layihəsi kimi fəaliyyət göstərirlər.
“Coin”in yaranması
“Kriptovalyuta” termini 2011-ci ildə Forbes jurnalının paylaşımından sonra tanınmağa başlandı. O zamanlar məqalədə, “crypto currency” termini kimi göstərilmiş “yeni növ valyuta”, bir müddət sonra yer əhalisinin rəğbətini qazanmağa nail oldu. Virtual (rəqəmsal) valyutanın yaranması üçün xüsusi olaraq kriptoqrafik şifrədən istifadə olunur. Bu şifrə rəqəmsal imza və haş-funksiyasından (məlumatların köçürülməsinə nəzarət etmək, cədvəldə axtarışı və təhlükəsizliyin qorunması alqoritmindən) ibarətdir. Bir kriptocoin sahibinin bilgisayarında və ya əvvəlki qeyd ilə birbaşa əlaqəsi olan, blok olunmuş məlumatların qeydidir.
İngilis mənşəli coin - virtual (rəqəmsal) vəsaitlərin kəmiyyət vahidi hesab olunur.
Müasir dövrdə, virtual valyutanı hər kəsin əldə etməsi mümkündür. Kriptovalyutanın əldə edilməsi prosesi - mayninq adlanır. İngilis dilindən, tərcümədə “mədən” mənasını kəsb edir. Məhz buna görə, coin-lərin əldə edilməsi, faydalı qazıntıların tapılmasına bənzədilir. Amma təbii ki, kriptanın mayn edilməsi xeyli az zəhmət tələb edən prosesdir.
“Coin” ailəsinin yeni üzvü - “Steycoin”
Steycoin müştərilərinə böyük bir kriptovalyuta aləmi açır. Şirkətlər kripto ticarət dünyasının detallarına girmədən böyük gəlir əldə etməyə başlamaq üçün unikal bir fürsət təqdim edir. Treyderlər steycoin investorlarından pul cəlb edərək işlərini genişləndirmək və ticarət dövriyyələrini artırmaq imkanına malikdirlər. Beləliklə, həm şirkətin investorları, həm də şirkətin özü üçün sərfəlidir.
Bütün layihə prosesi elə qurulur ki, hər bir iştirakçı steycoin virtual sikkələrini ala bilər. Deyilənə görə, steycoin sikkəsi nə qədər bahalı olsa, o qədər çox gəlir gətirir.
Ancaq bununla yanaşı, steycoin haqda bir çox məlumatlar da yayılır. Çoxları bəzi saytların steycoin adı ilə müştərilərin valyutalarını mənimsədiyini deyir. Yəni, steycoin adı ilə bir növ dələduzluqla məşğul olurlar. İstifadəçi coin alaraq qazanc əldə edəcəyini düşünsə də, əslində, əlində olanı da itirir. Qısacası, yeni yaranan və istifadə üsulları müxtəlif olan steycoinləri alarkən, ehtiyatlı olmaq, ekspertlərin fikirlərini nəzərdə saxlamaq lazımdır.
“Steycoin”, yaxud startap layihəsi
İqtisadçı Eldəniz Əmirov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, yeni yaranan steycoin elektron pul forması kimi “tiktok” və digər internet resurslarında istifadə olunur: “Kriptovalyutalara güvənin əsas səbəbi onun arxasında “Blockchainn” texnologiyasının dayanmasıdır. Kriptovalyuta alarkən ilk növbədə həmin valyuta haqqında olan təqdimata diqqət yetirmək lazımdır. Bitcoindən başqa yaranan alternativ coinlər (steycoin) startapdır. Onların məqsədi hər hansı bir ideyanı həyata keçirməkdir. Hansısa bir texnoloji həllə bərabər olmayan, başqasını kopiyalayan, hər hansı bir yenilik gətirməyən kriptovalyutalar müəyyən bir dövrdən sonra sıradan çıxır. İkinci diqqət ediləsi məqam onun sayıdır. Onu sayı dəyərinə vurulur, alınan rəqəm onun kapitalizasiyasıdır. Bəzən insanlar baxırlar kriptovalyutanın dəyəri çox ucuzdur, amma sayı çoxdur. Kriptovalyutaların Azərbaycan iqtisadiyyatına hər hansı bir mənfi təsiri gözlənilmir. Çünki Azərbaycan çox kiçik bir ölkədir və Azərbaycan əhalisinin kriptovalyutalara hər hansı bir təsiri də ola bilməz. Amma böyük dövlətlər üçün müəyyən təsirləri ola bilər. Hələ insanlar ölkəmizdə onlayn alış-verişə o qədər maraq göstərmirlər. İnsanlar arasında ciddi maarifləndirmə işləri aparılmalıdır. Onlar saxta və həqiqi kriptovalyutaları bir-birindən ayrılmalıdırlar. İnsanlar bunun risklərini bilməlidirlər”.
Necə istifadə edilir?
Ekspert qeyd edib ki, kriptovalyutaları əldə etmək üçün vətəndaşlar ilk öncə dünyanın ən böyük birjası “Binance”də hesab açıb, onu təsdiqləməlidirlər: “Başqa birjalar da təbii ki, var, ancaq hazırda daha çox məşhurluğuna və dövriyyəsinə görə o istifadə edilir. Vətəndaşlarımız çox vaxt bu birjada hesabı təsdiqləməkdə çətinliklər çəkirlər. Bu da, bəzən tənbəllikdən irəli gəlir. Çünki internetdə yetərincə video və məlumatlar var. Dünyanın böyük birjalarında al-sat edilən kriptovalyutalar yatırım üçün çox vaxt sərfəli olmur. Çünki onlar artıq məşhurlaşıb və yetərincə dəyər qazanıblar. Ona görə insanlar birjadan stabil kriptovalyutaları (USDT, BUSD və s.) alıb, ona bağlı cüzdanlar (Metamask, Trust Wallet, Tron Link kimi) da açıb, həmin kripto cüzdanları mərkəziyyətsiz birjalara bağlamalı olurlar. Bu da uzun və çətin görünə bilir. Çox təəssüf ki, insanlar daha sadə yollar axtararkən, saxta firmaların qurbanı olurlar. Yaxşı olar ki, insanlar isti cüzdanlardan istifadə edərkən iki cüzdan açsınlar. Biri ilə alış edib, digərində tutsunlar. Çünki bəzən təhlükəsizlik səbəbindən pul itkisi ola bilir”.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

