Rusiyanın taxıl ixracı bərpa olur?
21.07.2022 [10:00]
Problem bu ilin payızında çözülə bilər
Nicat PAŞA
Bütün dünya ölkələrinin diqqətinin cəmləşdiyi məqamlardan biri də Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalardır. İki ölkə arasında başlayan müharibənin ilk günlərindən Aİ Rusiyanı ən sərt sanksiyalarla üz-üzə qoydu. Lakin bu gün sözügedən tendensiyanın müəyyən qədər azalmasını, tətbiq edilən məhdudiyyətlərin qismən də olsa, yumşaldılmasını müşahidə etməkdəyik. Belə ki, bir neçə gün öncə ABŞ Rusiyaya qarşı tətbiq edilən bəzi sanksiyaları ləğv edib. ABŞ Maliyyə Nazirliyinin yaydığı rəsmi məlumatda diqqətə çatdırılır ki, Rusiya ilə kənd təsərrüfatı, energetika, tibb sahələrində, o cümlədən koronavirusla mübarizə, tranzit uçuşlar, qeyri-hökumət təşkilatlarının işi ilə əlaqəli əməliyyatlarla bağlı sanksiyalar aradan qaldırılıb. Bundan başqa, dünən Avropa İttifaqı (Aİ) da oxşar bəyanatla çıxış edib. Xarici mənbələrin yaydığı məlumatlara görə, Avropa İttifaqı Rusiyaya tətbiq etdiyi sanksiyalara düzəliş edəcək, Rusiyanın aparıcı banklarının qlobal ərzaq və gübrə ticarətində çətinliklərini aradan qaldırmaq üçün tələb olunan bəzi vəsaitlərin istifadəsinə icazə verəcək.
Rusiya prezidenti Putin də öz növbəsində Ukrayna taxılının ixracının hansı şərtlər altında asanlaşmasının mümkünlüyü açıqlayıb. V.Putinin bəyanatında qeyd olunur ki, Moskva Rusiyanın ərzaq məhsullarının ixracına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması şərti ilə Ukrayna taxılının ixracını asanlaşdırmağa hazırdır: “ABŞ ərzaq bazarında vəziyyəti yaxşılaşdırmaq istəyirsə, Rusiya taxıl ixracına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmalıdır. Türkiyə Cümhuriyyəti və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılının ixracı ilə bağlı razılığa gəlmək üçün çox işlər görüblər. Amma əvvəlcə biz məsələni elə qaldırdıq ki, qablaşdırılsın, yəni: biz Ukrayna taxılının ixracını asanlaşdıracağıq, lakin Rusiya taxılının mümkün ixracı ilə bağlı bütün məhdudiyyətlərin götürüləcəyindən də çıxış edirik. Biz bunu ilkin olaraq beynəlxalq təşkilatlarla razılaşdırdıq, onlar bütün bunları yığmağı öz öhdələrinə götürdülər”.
Ekspertlərin hazırda gedən proseslərdən çıxardıqları nəticə bundan ibarətdir ki, Rusiya yaxın dövr ərzində mərhələli şəkildə taxıla qoyulan sanksiyalardan azad ola bilər.
“Rusiya taxıl ixracatını yalnız inkişaf etmiş ölkələrlə deyil, hətta qonşu ölkələrlə məhdudlaşdırıb. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra rəsmi Moskva taxıl ixracatının məhdudlaşdırılması ilə bağlı qərar qəbul etdi və bu da nəticə etibarı ilə qonşu ölkələrin belə Rusiyadan taxıl almasında müəyyən çətinliklər yaratdı”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov səsləndirib. O qeyd edib ki, Rusiya dünyada ən çox taxıl ixrac edən ölkədir: “Rusiya taxıl idxalında Azərbaycanın əsas tərəfdaşı idi və Azərbaycan idxal etdiyi taxılın 80% Rusiyadan alırdı. Yalnız 2021-ci ildə Rusiyaya taxıl idxalına görə 300 milyon dollardan artıq vəsait ödənilmişdir. O baxımdan, iki ölkə arasında taxıl idxalında xüsusi bir tərəfdaşlıq vardı. Rusiya dünyada ən çox taxıl ixrac edən ölkədir. Ümumiyyətlə, Rusiya, Ukrayna, Qazaxıstan ixrac həcminə görə ilk onluğa daxil olurdular. Və Ukraynanın bəlli səbəblərdən taxıl ixracatını həyata keçirməkdə çətinliyi var, müharibə səbəbindən əkin sahələrinin sayı kəskin azalıb. Növbəti il Ukraynanın dünya bazarına çıxaracağı taxılın həcmində kəskin azalmalar gözlənilir. Baxmayaraq ki, ötən il Ukrayna dünyada taxıl ixracatına görə ilk beşliyə daxil olurdu”.
İqtisadçı-ekspertin fikrincə, Rusiya müəyyən müddətdən sonra taxıl ixracını bərpa edəcək: “Rusiyanın istehsalı onun daxili istehlakından daha çoxdur. Ona görə də müəyyən müddətdən sonra Rusiyanın taxıl ixracatını bərpa edə biləcəyi gözlənilir. Ən azı ənənəvi əməkdaşlığı olan ölkələrə həmin məhsulları sata bilər. Ona görə də Rusiyanın taxıl ixracatını müəyyən müddətdən sonra mərhələli şəkildə bərpa edəcəyi istisna deyil. Amma digər tərəfdən, müharibə davam etdikcə Rusiyanın taxıl ixracatına olan məhdudiyyətlər də qala bilər. İndiki halda Rusiyanın taxıl ixracatının dayanmasının əsas səbəbi embarqolar deyil, daha çox Rusiyanın istehsal etdiyi taxılı rezerv olaraq özündə saxlamaq istəyi ilə bağlıdır. Amma təbii ki, istehsal istehlakdan çox olduğuna görə gözlənilir ki, müəyyən dövrdən sonra, bu ilin payızında Rusiya taxıl ixracatının mərhələli şəkildə bərpasına baxa bilər”.
“Burada siyasi faktorlar yenə də öndə olacaq. Amma iqtisadi baxımdan bu gün Rusiyanın xüsusən də ənənəvi əməkdaşlıq etdiyi ölkələrə taxıl ixracatını bərpa etməsində xüsusi bir çətinlik yoxdur. Lakin təbii ki, burada siyasi faktorlar var və bir sıra hallarda ixracatın məhdudlaşdırılması həm də siyasi xarakter daşıyır” - deyə V.Bayramov fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

