Rusiya yeni valyuta yaradır
14.07.2022 [10:09]
Nicat PAŞA
Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya tətbiq edilən sanksiyalar davam edir. İqtisadiyyatın dayanıqlılığını təmin etmək məqsədilə Rusiyada müxtəlif təkliflər səsləndirilir. Belə təkliflərdən biri də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev tərəfindən irəli sürülüb. O, rusiyalılara çağırış edərək ölkə vətəndaşlarına öz vəsaitlərini rubl şəklində qorumağı təklif edib.
Medvedev qeyd edib ki, Rusiyaya tətbiq edilmiş sanksiyalara görə, avro zəifləyəcək. “Biz öz iqtisadiyyatımızın mürəkkəb şəraitə uyğunlaşmasına maraqlıyıq. Zəifləməkdə olan avrodan müdafiə olunmağın ən yaxşı yolu öz pul vəsaitlərini milli valyuta şəklində saxlamaqdır. O, həmçinin yuan və rupini də məsləhət bilib.
Medvedev gələcəkdə BRICS ölkələrinin yeni ehtiyat valyuta yarada biləcəyini vurğulayıb.
“Müasir dünyaya dollar, avro və funt sterlinq azlıq edir. Nə qədər ki, avro dollara bərabərdir, pullarınızı rubla çevirin”, - deyə o qeyd edib.
Sözügedən təklifin həyata keçməsi nə dərəcədə real görünür? Yeni valyutanın yaradılması hansı şərtlər altında mümkündür?
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, həmin ölkələrin ümumi razılığı olmadan Rusiya yeni valyuta yarada bilməyəcək: “BRICS ölkələri, eyni zamanda, Rusiya da bu çərçivədə müvafiq hüquqi əsasları yaradan və eyni zamanda, onun arxasında iqtisadi qərarlar qəbul etmə institutlarını formalaşdıran dayanıqlı bir sistemə malik olan ölkələr deyil. BRICS ölkələrinin hər birinin razılığı olmadan Rusiya birtərəfli qaydada hansısa valyuta yarada bilməz. Belə bir şəraitdə ümumi razılıq əsasında yeni bir valyuta yaransa da, əsas sual həmin valyuta növünün nə dərəcədə dönərli olacağıdır. Yəni bu günə qədər bənzər təşəbbüslər kifayət qədər çox olub. Lakin bu heç də o demək deyil ki, bu təşəbbüslər reallaşıb və Rusiyanın təşəbbüsü reallaşacaq. Rusiyanın özü bundan əvvəl də bir neçə alternativ variant təklif etməklə avroya və dollara münasibətdə alternativlər yaratmağa cəhdlər göstərib”.
Ekspert hesab edir ki, yaradılması nəzərdə tutulan valyuta heç bir effekt verməyəcək: “Bu ölkələrin hər biri müəyyən iqtisadi həssaslığa malik ölkələrdir və bəzilərində idarəetmə sistemində ciddi problemlər mövcuddur. Xarici ticarət iştirakçıları bu valyutalara etibar etməyəcəklər. Əsas məsələ insanların həmin valyutalara olan güvənidir. Düşünürəm ki, yeni valyuta yaradılsa belə heç bir effekt verməyəcəkdir və özünü doğrultmayacaqdır”.
Məlumat üçün bildirək ki, BRICS - beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Bu siyahıya Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası daxildir.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

