Rusiya 104 milyard dollar itirə bilər
13.05.2022 [10:25]
Deputat: Rublun məzənnəsi möhkəmlənsə də...
Günel ABBAS
Ukrayna ilə müharibə başlayandan Rusiyaya tətbiq olunan sanksiyalar iqtisadiyyatın müxtəlif sahələrinə öz təsirini göstərməkdədir. Xüsusilə valyuta məzənnəsinin qeyri-sabitliyi bu istiqamətdə pozuntulara səbəb olurdu. Ancaq son günlər rublun dollar qarşısında məzənnəsində müsbət irəliləyişlər müşahidə olunmaqdadır. Ötən gün də Rusiya milli valyutasının rəsmi məzənnəsi 1 dollar üçün 66.25 rubladək bahalaşıb. Nəzərə alsaq ki, müharibənin ilk günlərində dollar almaq üçün 80 rubl təklif olunurdu. Deməli, ötən müddətdə volatillik nümayiş etdirən rublun rəsmi məzənnəsi 18 faiz güclənib.
Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hazırda rublun rəsmi məzənnəsi daha çox inzibati sterlizasiya metodları ilə müəyyənləşir: “Ancaq bazardakı tələb və təklif də təsirsiz deyil. Rusiyanın milli valyutası Qərbin ilk sanksiyalarına ciddi reaksiya verərək rəsmi valyutadəyişmə məntəqələrində 135 məzənnəsinə də ucuzlaşmışdı. Amma sonradan Rusiya Mərkəzi Bankı rublun mövqelərini bərpa edə bildi”.
Rublun məzənnəsinin son möhkəmlənmələrinin səbəbi nədir?
V.Bayramov qeyd edib ki, rublun məzənnəsinin möhkəmlənməsinin bir neçə səbəbləri var: “Birincisi, sanksiyalar nəticəsində Rusiyanın idxalının kəskin azalması dollara tələbi minimumlaşdırıb. Yalnız ötən ay Rusiyada avtomobil alışı 78.5 faiz azalıb. Bu o deməkdir ki, xaricdən mal gətirilməsində ciddi azalma olduğundan iş adamlarının dollara tələbi kəskin aşağı düşüb. Rusiyada dollara tələbi əsas sahibkarlar yaradırdı. İkincisi, Rusiya vətəndaşlarının xarici səfərlərinin sayı da kəskin azalıb və bu da dollara tələbi aşağı salıb. Hər il 7 milyondan çox Rusiya vətəndaşı Avropaya gedirdi, artıq bu səfərlər, demək olar, yoxdur. Bu amil də xarici valyutaya tələbi azaldır. Üçüncüsü, Rusiyada ölkədən valyuta çıxarışı 10 min dollaradək məhdudlaşdırılıb. Bu isə xaricə valyuta axınına imkan vermədiyi üçün bazardakı tarazlığa təsir edir. Dördüncüsü, Rusiyadakı rəsmi məzənnə daha çox alış kursu təsiri bağışlayır. Xüsusən böyük məbləğdə xarici valyuta satışlarının payı kəskin azalıb. Nəhayət, sanksiyalara baxmayaraq, Avropa İttifaqı müharibənin başladığı yalnız ilk 2 ayında yanacaq məhsullarına görə Rusiyaya 46.3 milyard dollar ödəyib. Rusiyanın enerji məhsullarının idxalına embarqo tətbiq olunmadığı üçün şimal qonşumuz Qərb ölkələrindən valyuta almağa davam edir”.
Rublun məzənnəsi necə dəyişəcək?
Deputat bildirib ki, sözügedən faktorlar mövcud məzənnəyə təsir göstərsə də, Rusiya valyutasının dollara nisbətən yenidən dəyər itirməsi gözləntiləri yüksəkdir: “Bir tərəfdən, biznes yeni bazarlar, rusiyalı turistlər isə yeni ölkələr axtarır. Deməli, yenidən idxalın artması və turist səfərlərinin sayının çoxalması müşahidə olunacaq. Bu isə rubla tələbi yenidən artıracaq. Digər tərəfdən, valyuta bazarındakı məhdudiyyətləri uzun müddət saxlamaq real deyil və bu da kursa təsir göstərəcək.
Nəhayət, savaş davam edərsə, Qərb mərhələli şəkildə Rusiya enerji məhsullarının idxalından imtina edəcək və sanksiyalar iqtisadiyyata daha təsirli olacaq ki, bu da rubla təsirsiz ötüşməyəcək. Bu baxımdan, məhdudlaşdırıcı alətlərə baxmayaraq yenidən rublun dollara nisbətən ucuzlaşması istisna deyil və aydındır ki, rubl üçün ən çətin an Avropa İttifaqının Rusiyanın enerji məhsullarının alışından imtina etməsi ola bilər. Bu halda Avropaya yalnız neft ixracatından Rusiya illik 104 milyard dollar itirəcək. Digər daxilolmaların, xüsusən də mavi qaz satışından gəlirlərin azalmasını da nəzərə alsaq, valyuta bazarındakı tarazlığın uzun müddət qorunub saxlanılması asan olmayacaq”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

