Avropa geri çəkilir?
30.04.2022 [10:52]
Mübariz FEYİZLİ
Rusiya-Ukrayna savaşı həm də “sanksiyalar müharibəsi” kimi səciyyələndirilir. İndiyədək ABŞ və Avropa İttifaqı dövlətləri tərəfindən Rusiyaya qarşı geniş əhatə dairəsinə malik olan beş sanksiyalar paketi tətbiq olunub. Bu sanksiyaların mənfi təsirləri isə həm Rusiyada, həm də onlara imza atan ölkələrdə hiss olunmaqdadır.
Rusiya da sanksiyaların müqabilində cavab tədbirlərinin görülməsində israrlıdır. Bu ölkənin ən effektiv cavab tədbiri isə sanksiyaların altından imza atan “dost olmayan ölkələr”i “mavi yanacaq” sınağına çəkməsi hesab olunur. Söhbət təxminən bir ay bundan əvvəl Rusiyanın dövlət başçısı Vladimir Putinin “dost olmayan ölkələr”ə satılan qazın dəyərinin rublla ödənilməsi barədə qərarından gedir. Qeyd edək ki, bu, Avropanın qaz təchizatı tarixində presedenti olmayan bir hadisədir. İstehlakçı ölkələr əvvəllər aldıqları qazın dəyərini dollar və yaxud avro ilə ödəyiblər. Sanksiyalar fonunda Rusiyanın yeni tələbi isə onlar üçün, sözün əsl mənasında, sürpriz hadisə sayıla bilər.
Moskva öz qərarını bəyan etdikdə Avropadakı “mavi yanacaq” istehlakçıları buna qarşı kəskin etirazlarını ortaya qoydular. Şimal qonşumuzu müqavilə şərtlərini pozmaqda günahlandıran “qoca qitə” təmsilçiləri ödənişləri heç bir halda rublla etməyəcəklərini bildirirdilər. Rusiya belə təzyiqlərin qarşısında mövqeyini dəyişdirmədi, bir neçə gün bundan əvvəl sözünün üstündə dayanaraq Polşaya və Bolqarıstana qaz nəqlini dayandırdı. Qaz tədarükü dayandırılacaq ölkələrin siyahısının genişləndiriləcəyi də gələn xəbərlər sırasındadır.
Bu günlərdə Avstriya Rusiyadan aldığı qazın dəyərini rublla ödəməyə hazır olduğunu bəyan edib. Bu barədə ölkənin kansleri Karl Nehammer məlumat verib. O əlavə edib ki, Polşa və Bolqarıstan Moskvanın şərtlərini qəbul etməyib. Buna görə də həmin ölkələrə qaz təchizatı dayandır?lıb. Avstriya aldığı qazın dəyərini rublla ödəməyə hazır olduğunu bəyan edən yeganə Avropa ölkəsi deyil. Macarıstan da istehlak etdiyi qaza görə ödənişləri rublla həyata keçirəcəyini bildirib. Bunu ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyyarto bəyan edib. Onun sözlərinə görə, qaz tədarükü ilə bağlı Rusiyanın “Qazprom” şirkəti ilə imzalanan müqavilə ödəniş valyutalarının dəyişdirilməsini inkar etmir.
Almaniya da bu məsələdə loyallıq nümayiş etdirir. Belə ki, Bundestaqın beynəlxalq siyasət üzrə komitəsinin üzvü, “Almaniya üçün alternativ” partiyasının lideri Tino Krupalla bəyan edib ki, Rusiya ilə iqtisadi əlaqələrin bərpası Berlinə qazın dəyərinin ödənilməsində Moskva ilə dil tapmağa imkan verərdi. Partiya lideri vurğulayıb: “Zənnim?ə, sülh danışıqlarının asanlaşdırılması üçün iqtisadi əlaqələrin bərpası prioritet olmalıdır. Belə olan halda ödənişlər məsələsində razılığa gəlmək də mümkün olacaq”.
Qeyd edək ki, Rusiyanın “qoca qitə”n? “mavi yanacaq” sınağına çəkmək üçün imkanları kifayət qədər genişir. Bu ölkə Avropanın yanacaq təchizatında mühüm paya malikdir. Rusiya-Ukrayna müharibəsinin ilk 2 ayında Avropa İttifaqı şimal qonşumuza yalnız yanacaq məhsullarına görə 44 milyard avro (46.3 milyard dollar) ödəyib. Bəhs olunan iki ayda Rusiyanın qlobal yanacaq məhsulları satışından əldə etdiyi 66.3 milyard dollar həcmində gəlirinin 70 faizi Avropa İttifaqının payına düşüb. Belə görünür ki, inkişaf etmiş ölkələrin sanksiyalarına məruz qalan Rusiyanın əsas valyuta gəlirlərini yenə də Qərb dövlətləri formalaşdırır. Proseslərin necə davam edəcəyini, nə ilə nəticələnəcəyini isə zaman göstərəcək.
Xəbər lenti
Hamısına baxHərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Gündəm
01 İyun 11:59
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

