Kreditlər cəlbedici görünsə də...
30.04.2022 [10:49]
Mübariz ABDULLAYEV
Kreditlər ölkələrin iqtisadi inkişafında, xüsusilə də real sektorun genişlənməsində mühüm rol oynayan maliyyə alətlərindən biridir. Dünyanın qabaqcıl ölkələri optimallaşdırılmış kredit siyasəti həyata keçirməklə iqtisadi fəallığın artırılmasına münbit zəmin formalaşdırırlar. Sosial sferada da kreditlərə tələbat böyükdür. İnsanlar bankların kredit təkliflərindən bəhrələnməklə vacib məsələlərin maliyyə təminatını qarşılayırlar.
Ancaq kreditlər nə qədər cəlbedici görünsə də, onların müəyyən risklər yaratması və problemlərə yol açması ehtimalı da yüksəkdir ki, bu da müxtəlif amillərlə şərtlənir. Bir sıra hallarda kreditlərin problemlərə yol açması real sektor təmsilçilərinin və yaxud mülki şəxslərin bankların şərtlərini lazımi səviyyədə dəyərləndirməmələri, cəlbedici təkliflərə aldanmaları ilə bağlı olur. Banklardan və digər maliyyə qurumlarından kreditlər götürərkən onun qaytarılması barədə də düşünmək lazımdır. Kreditlərin vaxtında qaytarılmasını təmin etmək üçün ilk növbədə gəlir təminatları real qiymətləndirilməlidir. Belə gəlir mənbələri real sektor üçün istehsal, satış perspektivləri, vətəndaşlar üçün isə stabil iş yerləri, sosial müavinətlər və s. ola bilər. Yəni bankların təkliflərini qəbul edərkən götürülən kreditlərin miqdarı ilə gəlirlərin adekvatlığını mütləq nəzərə almaq lazımdır. Əks halda, banklardan kredit götürmək sevinci uzun sürməyəcək.
Təəssüf doğuran haldır ki, bir sıra hallarda real sektor təmsilçilərinin və sıravi vətəndaşların kredit risklərini nəzərə almadıqlarının şahidi oluruq. Belə hallarda isə kredit verənlərlə onu alanlar arasında münaqişələr baş qaldırır və tərəflər münasibətlərini məhkəmələrdə aydınlaşdırmaq məcburiyyətində qalırlar. Necə deyərlər, sonrakı peşmançılıq fayda verməz. Sonradan peşiman olmamaq üçün isə yüz ölçüb bir biçmək, bütün potensial imkanları yaxşı götür-qoy etmək lazımdır. Problemli kreditlərin artmasına bankların vətəndaşları şirnikləndirici vədlərlə borclandırması və vətəndaşların da borc yükünün altına girmələrinin məsuliyyətini dəyərləndirməmələri gətirib çıxarır.
Ekspertlər problemli kreditlərin artmasına səbəb olan ciddi amillərdən biri kimi, bankların real sektora və vətəndaşlara bahalı kreditlər təklif etmələrini göstərirlər. Burada həqiqət payı böyükdür. Təsadüfi deyildir ki, son günlərdə respublikamızda ən çox müzakirə edilən məsələlərdən biri də məhz kredit faizlərinin yüksək olması ilə bağlıdır.
Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, depozit faizlərində müəyyən azalmaların müşahidə edilməsinə baxmayaraq, hələ də kreditlər baha təklif olunmaqdadır: “Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 18 milyard 7 milyon manatdır. Ötən ay isə kredit portfeli 17 milyard 587 milyon manat olub. Onun 13 milyard 81 milyon manatı milli valyutada, qalan 4 milyard 446 milyon manatı isə xarici valyutada təklif olunub. Mərkəzi bankın hesablamalarına görə, ölkə üzrə orta kredit faizi 11.86 faiz, milli valyutada isə 14.28 faizdir.
Aydındır ki, Mərkəzi Bank orta kredit faizlərini hesablayan zaman bütün növ kreditləşmə üzrə qiymətləndirmə aparır. Vətəndaşların daha çox istifadə etdiyi istehlak kreditləri üzrə faizlər isə elan olunan rəsmi orta rəqəmlərdən daha yüksəkdir. Qeyd edək ki, kreditlərin 51.4 faizi, yəni 9 milyard 262 milyon manatı birbaşa ev təsərrüfatlarına yönəldilir”.
Millət vəkili deyib ki, kreditlərin bahalı olması real sektorda gəlirlilik səviyyəsinin yüksək olması ilə şərtlənsə də, bank sektorunda rəqabətin zəif olması əsas səbəblərdəndir: “İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kredit faizlərinin azalması birbaşa banklar arasında rəqabətin gücləndirilməsindən keçir. Doğrudur, Azərbaycanda depozitlər üzrə faizlərin yüksək olması da kreditləri bahalaşdırır. Amma bununla belə, yenə də kredit faizləri bir sıra hallarda depozit faizlərini 2 dəfəyə yaxın üstələyir. Kredit faizlərinin aşağı salınması üçün bank sektorunda rəqabətin güclənməsi, bu sektorda konservativ siyasətdən mərhələli şəkildə liberal siyasətə keçidin təmin olunmasına ehtiyac var. Rəqabətin güclənməsi kredit faizlərinin aşağı salınması üçün baza formalaşdıra bilər. Bütün hallarda isə faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.
Xəbər lenti
Hamısına baxHərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Gündəm
01 İyun 11:59
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

