Qanuna dəyişikliklər təklif olunur
20.04.2022 [10:04]
Pensiyaların verilməsində dəyişiklik olacaq
Daha əlçatan, daha tez və daha çox olacaq
Mubariz
Sosial dövlət olan Azərbaycanda əhalinin müxtəlif kateqoriyalarının həyat şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hüquqi bazanın təkmilləşdirilməsi də bu istiqamətdə atılan addımlar sırasında yer alır. Qanunvericilik bazasında edilən dəyişikliklər bir qayda olaraq ölkənin iqtisadi imkanlarının artması ilə adekvatlıq təşkil edir. Yəni Azərbaycan inkişaf etdikcə, iqtisadi potensialı artdıqca ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsini hədəfləyən siyasətin miqyası da genişləndirilir. Bunu “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən son dəyişikliklərdən də görmək mümkündür.
Pensiyalara əlçatanlığın artırılması
Yeni qanun layihəsində təklif olunan dəyişikliklər müxtəlif istiqamətləri əhatə edir. Milli Məclisin deputatı Vüqar Bayramov “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən son dəyişiklikləri “Yeni Azərbaycan”a şərh edib. O bildirib ki, dəyişikliyə görə, beş və daha çox uşaq dünyaya gətirən analar ilə yanaşı, uşaqları övladlığa və ya qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlar da 5 il daha tez pensiyaya çıxa biləcəklər.
Ən mühüm dəyişikliklərdən biri gələcəkdə atalara da daha tez pensiyaya çıxmaq imkanının yaradıması ilə bağlıdır. Bu, aşağıdakı hallarda mümkün olacaq. Ana vəfat etdiyinə və ya onunla nikaha xitam verildiyinə, eləcə də ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalar tez pensiyaya çıxmaq hüququ əldə edəcəklər. “Sənəd çox doğru olaraq pensiyalara əlçatanlığın artırılması və yığılmış pensiya kapitalının daha ədalətli bölgüsü baxımdan vacib layihə kimi qiymətləndirilir”, - deyə V.Bayramov bildirib.
Daha tez pensiyaya çıxma kateqoriyası genişləndirilir
Təklif olunan yeni qanun layihəsində əksini tapan digər dəyişikliklərə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ən azı 12 il 6 ay çalışmış kişilər, eləcə də azı 10 il çalışmış qadınlar da 5 il daha tez pensiyaya çıxmaq hüququ qazancaqlar.
Pensiyaya tez çıxmaq hüququnun digər bir sıra şəxslərə də şamil ediləcəyini deyən Milli Məclisin deputatı vurğulayıb: “Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda 20 il daha tez pensiyaya çıxa biləcəklər.
Eyni zamanda, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxsərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda pensiyaya çıxma yaşı həddi 15 il azaldılacaq”.
Ailə başçısını itirən ailələrdə pensiya hesablanması qaydası dəyişəcək
Yeni layihəyə əsasən, ailə başçısını itirən ailələrdə pensiya hesablanması qaydasında da dəyişiklik olacaq. “Bu dəyişikliyin mahiyyəti bundan ibarətdir ki, mövcud qanunvericiliyə əsasən, yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür. Təklif edilən dəyişikliklərə əsasən, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs digər növ əmək pensiyasını və ya sosial müavinəti seçdikdə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək və bu da onların gəlirlərinin artmasına səbəb olacaq”, - deyə Vüqar Bayramov bildirib.
Pensiyanın bir növündən digərinə keçid
Dəyişikliklərə əsasən, pensiyaçının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ var. Bu zaman, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və tələb olunan sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailəsi üzvləri üçün isə ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Bu o deməkdir ki, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək istisna olmaqla, digər bütün növ əmək pensiyalarına keçmək mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

