Ərzaq təhlükəsizliyini hədəfə alan sənəd
31.03.2022 [09:51]
Mübariz ABDULLAYEV
Prezident İlham Əliyevin 29 mart 2022-ci il tarixində imzaladığı müvafiq Fərmanda ölkəmizin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsini hədəfləyən bir sıra müddəalar yer alıb. Sənəddə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nda müəyyən dəyişikliklər edilməsi nəzərdə tutulub. Dəyişikliklər, həmçinin dövlət başçısının 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”ni də əhatə edəcək.
Sözügedən dəyişikliklər ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi mexanizminin daha da optimallaşdırılması məqsədi daşıyır. İndiyədək istehsal-təchizat zəncirində əlaqələndirilmiş fəaliyyət arzuedilən səviyyədə deyildi. Bir sıra hallarda daxili tələbat nəzərə alınmadan məhsulların ixracına üstünlük verilirdi.
Beləliklə, daxili bazar qorunmurdu, mal qıtlığı yaranır və qiymətlər artırdı. Fərmanla “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nda nəzərdə tutulan dəyişiklik istehsal-təchizat zəncirindəki bu kimi boşluqların aradan qaldırılmasına zəmin yaradacaq. Sənədə əsasən, sözügedən Qaydaya aşağıdakı məzmunda dəyişiklik ediləcək: “Ərzaq məhsullarının satıcıları satmaq niyyətində olduqları məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı hər il sentyabrın 1-dək portalda yerləşdirirlər”. Bu qayda həm istehsalçı-satıcıların, həm də alıcı təşkilatların maraqlarına tam cavab verir. İstehsalçı məhsulunu “harada satmaq”, “bazarlara necə çıxmaq” kimi qayğılardan birdəfəlik azad olacaq. Eyni zamanda, alıcı-təchizatçı təşkilatlar təklif olunan malların həcmi və qiymətləri barədə məlumatları portal üzərindən əldə edəcəklər.
Yuxarıda qeyd olduğu kimi, sənədə əsasən, “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də bir sıra dəyişikliklər edilməsi nəzərdə tutulub. Bu dəyişikliklər özündə satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınmasına dair tələb və təkliflərin “ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemində yerləşdirilməsini ehtiva edir.
Bundan sonra istehsalçılar və yaxud satıcılar bilavasitə satınalan təşkilat tərəfindən seçiləcək. Altsistemdə həmçinin satıcıların və satınalan təşkilatların müxtəlif məlumatları yerləşdiriləcək. Tərəflər alqı-satqı müqavilələrini elektron sənəd formasında bağlayacaqlar. Bütün bu kimi dəyişikliklərin edilməsində məqsəd isə ölkədə ərzaq məhsulları istehsalını stimullaşdırmaqdan, keyfiyyətin yüksəldilməsinə nail olmaqdan və neqativ halların, gizli sövdələşmələrin aradan qaldırılmasını təmin etməkdən ibarətdir.
Ölkəmizdə ərzaq məhsulları istehsalına və təchizatına diqqətin artırılması isə heç də təsadüfi deyil. Rusiya -Ukrayna müharibəsi qlobal iqtisadiyyata, o cümlədən də dünya üzrə ərzaq təminatına ciddi təhdidlər yaradıb.
İstehlak bazarlarında müxtəlif ərzaq məhsulları üzrə təklifin azalması, ilk növbədə, müharibə tərəfləri olan Ukraynadan və Rusiyadan ixracın azalması ilə bağlıdır. Hər iki dövlətin dünyanın ərzaq təminatında böyük payı var idi. Rusiyanın illik ixracı 332 milyard 200 milyon dollara çatmışdı. Ukrayna isə illik 68 milyard 240 milyon dollarlıq ixraca malik idi. İndi dünya ölkələri belə böyük həcmdə təklifdən məhrum qalıblar. Buna görə də ölkələr üçün ərzaq təhlükəsizliyinə hesablanan prevantiv tədbirlər görmək çağırışı yaranıb. Məsuliyyətli dövlət olan Azərbaycan da özünün ərzaq təhlükəsizliyinin təminatı üçün zəruri addımlar atır.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

