İşığımız bol olacaq...
15.03.2022 [10:19]
Günəş, külək, su enerjiyə çevriləndə
Hazırda “yaşıl iqtisadiyyat”a, o cümlədən də bərpa olunan enerjiyə keçid dünya üzrə əsas çağırışlardan birinə çevrilib. Müasirləşməni strateji inkişaf kursu kimi müəyyənləşdirən və hər sahədə yüksək standartlar tətbiq edən Azərbaycan da sıfır emissiyasız istehsalı hədəfləyən ölkələr sırasında yer alır. Xüsusilə respublikamızda “yaşıl enerji”yə daim “yaşıl işıq” yandırılır və son illərdə bu sahədə bir sıra diqqətəlayiq uğurlar qazanılıb. Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti arasında imzalanan sənədlər əsasında respublikamızda yeni günəş enerji parkının yaradılmasına start verilməsi bu istiqamətdə atılan növbəti addımdır.
Mübariz ABDULLAYEV
Ölkənin zəngin bərpa olunan enerji potensialı
Azərbaycan dövlətinin ölkənin enerji müstəqilliyini bərpa olunan mənbələr hesabına möhkəmləndirilməsinə güclü siyasi iradə göstərməsi heç də təsadüfi deyildir. Ölkə ərazisi, xüsusən də Abşeron yarımadası, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilər bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngindir. Bu mənbələrdən səmərəli istifadə olunması isə yeni enerji gücləri deməkdir. Respublikamızda bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hazırda bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ölkənin ümumi elektrik enerjisi istehsalı gücünün təxminən 17,3%-ni təşkil edir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılmasıdır.
İldə 500 milyon kVt/saat elektrik enerjisinin istehsalı imkanları
Bir tərəfdən əlverişli investisiya mühiti, digər tərəfdən isə alternativ enerji mənbələrinin zənginliyi bu sahədə fəaliyyət göstərən transmilli şirkətləri ölkəmizə sərmayələr yönəltməyə sövq edir. BƏƏ-ni təmsil edən “Masdar” d belə şirkətlər sırasında yer alır.
“Masdar” bərpa olunan enerji sektorunda dünyada məşhur olan şirkətlərdən biridir. Azərbaycanın müvafiq qurumları ilə “Masdar” arasında əməkdaşlığın təməli də şirkətin beynəlxalq səviyyədə fəaliyyəti ciddi şəkildə araşdırıldıqdan sonra qoyulub. Belə ki, yüksək rəqabət və şəffaflıq mühitində üç mərhələdə seçim prosesi həyata keçirilib. Seçim prosesinin nəticəsinə müvafiq olaraq Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 2020-ci ilin 9 yanvar tarixində bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Ötən il aprelin 6-da isə Energetika Nazirliyi və “Azərenerji” ASC “Masdar”la 230 MVt gücündə günəş elektrik stansiyası (GES) layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalayıb.
“Masdar” tərəfindən qurulacaq GES ildə 500 milyon kVt/saat elektrik enerjisinin istehsal olunmasına, 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına imkan yaradacaq. Layihənin dəyəri 200 mln. ABŞ dollarıdır. Stansiya “Cənub” yarımstansiyasına qoşulmaqla enerji sisteminə inteqrasiya olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

