Dollara qarşı qızıl siyasəti
06.03.2022 [09:52]
Mübariz
Rusiyanın Ukraynaya qarşı başladığı müharibə səbəbindən ABŞ-ın və Avropa İttifaqı dövlətlərinin bu ölkəyə tətbiq etdiyi sanksiyaların bir qismi maliyyə sektorunu əhatə edir. Sanksiyaların genişləndirilməsi, ələlxüsus da SWIFT bağlantılarının dayandırılması fonunda Rusiyanın milli valyutası dollar qarşısında kəskin dəyər itkisinə məruz qalıb, eləcə də hüquqi və fiziki şəxslərin banklardan vəsaitlərini geri çəkmək, müxtəlif maliyyə əməliyyatları aparmaq imkanları məhdudlaşıb. Baş verənlərə qarşı Rusiya hökumətinin cavab tədbirləri görəcəyi gözlənilən idi və artıq bu istiqamətdə fəaliyyətə start verilib.
Rusiya hökumətinin sanksiyaların bu ölkənin maliyyə sektoruna yaratdığı təhdidləri sığortalamaq üçün hazırladığı paketdə qızıl ehtiyatlarından istifadənin əhatə dairəsinin genişləndirilməsi də yer alır. Qızıl geosiyasi proseslərin təsirinə daha az məruz qalan maliyyə vasitəsidir. Buna görə də ölkələr özlərinin qızıl ehtiyatlarını artırmaqla bir növ yaman gün üçün ehtiyat tədbirləri görürlər. Hazırda əksər inkişaf etmiş ölkələrin bütün maliyyə ehtiyatlarının təxminən 30 faizini qızıl təşkil edir. Dünya təcrübəsinə nəzər salsaq görərik ki, ölkələr milli valyutaları və bütövlükdə maliyyə bazarları üçün risk faktorları artdıqda məhz qızıl ehtiyatlarına əl ataraq defisitləri aradan qaldırmağa çalışırlar.
Rusiya da maliyyə bazarında rislərin artığı bir şəraitdə dollara qarşı qızıl siyasətinə başlayıb. Belə ki, bu ölkənin dövlət Duması qiymətli metalların külçələrdə alınmasına dair qanun qəbul edib. Sözügedən qanun qızılı külçə halında alan fiziki şəxsləri 20%-lik ƏDV ödənişlərindən azad edir. Rusiyada bundan əvvəl qiymətli metallar alan fiziki şəxslərdən dəyərin 20%-i həcmində vergi tutulurdu, təkrar satılanda isə ƏDV geri qaytarılmırdı. Bu, külçələrin zərgərlik məmulatlarının istehsalı üçün xammal kimi istifadəsinin qarşısını almağa hesablanmışdı. Bundan sonra isə ölkədə külçələrin satışdan sonrakı taleyinə nəzarət etmək üçün xüsusi informasiya sistemi fəaliyyət göstərəcək. Qəbul edilmiş qanun, eyni zamanda 2023-cü il yanvarın 1-dən zərgərlik sənayesində həm metal alışı, həm də zərgərlik məmulatlarının satışı üçün xüsusi vergi rejimlərinin tətbiqinə qadağa qoyur.
Rusiyada dollara qarşı qızıl siyasəti aparılması istiqamətində ilk addımlar bir neçə il bundan əvvəl atılıb. Bu ölkə hələ 2018-ci ilin mart ayından etibarən beynəlxalq ehtiyatlarında xüsusi çəkisi 45 faiz olan dollar payını azaldaraq qızılın və digər maliyyə vasitələrinin payının artırılmasına üstünlük vermişdi. Sanksiyaların genişləndirilməsi Rusiyanın bu istiqamətdə siyasətinə yeni korrektələr gətirdi. Ölkədə bəhs olunan qanunun işləyəcəyinə və səmərəli olacağına əminlik yüksəkdir. Hökumətin qənaətinə görə, qiymətli metallar, xüsusən də qızıl əhalinin əmanətlərində dollar və avronun həcmini azalda biləcək.
Rusiyanın sanksiyalar dönəmində qızıl ehtiyatlarına əlçatanlığı artırmağı hədəfləməsi təsadüfi deyil. Rusiya dünya üzrə ən çox qızıl ehtiyatlarına malik ölkələrin top onluğunda beşinci yerdə qərarlaşıb. ABŞ-ın başçılıq etdiyi siyahıda Rusiya öz mövqeyini son 10 ildə yaxşılaşdırmağa nail olub. Bu ölkə 1993-cü ildə 267,2, 2003-cü ildə 387,6 ton qızıl ehtiyatına malik idi. Hazırda isə bu rəqəm təxminən 2292,31 tona yüksəlib. Rəqəmlərdən də göründüyü kimi, artım dinamikası kifayət qədər yüksəkdir. Rusiyaya üstünlüklər qazandıran həm də o amildir ki, bu ölkədə qızıl ehtiyatları əsasən daxili istehsl hesabına artır. Onilliklər ərzində burada böyük dövriyyəsi olan qızıl hasilatı sənayesi formalaşıb.
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

