Azərbaycan yeni sosial islahatların astanasında
12.11.2021 [10:18]
Ölkədə aparılan sosial islahatlar inqilabi səciyyə daşıyır
1 milyon 800 min vətəndaş sevinəcək
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji kursa uyğun olaraq Azərbaycanda ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Respublikamızda, həmçinin əhalinin aztəminatlı təbəqələrinin gəlir imkanlarının, o cümlədən də əməkhaqlarının, pensiyaların, müavinətlərin davamlı şəkildə artırılması ənənəsi formalaşıb. Prezident İlham Əliyev ötən ay “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” yeni Sərəncam imzalayıb. Bəhs olunan sənəddə nəzərdə tutulan tədbirlərə istinadən deyə bilərik ki, ölkəmiz növbəti böyük sosial islahatların astanasındadır.
Gələn ildə də sosial ödənişlərdə artımlar olacaq
Sosial dövlət olan Azərbaycan gələn ildə də ölkə vətəndaşlarının gəlir imkanlarının artırılması ənənəsinə sadiq qalacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2022-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı gələn il sosial ödənişlərin məbləğində gözlənilən artımlarla bağlı bir sıra rəqəmlər səsləndirib. O bildirib ki, növbəti ildə yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin 358 manatdan 375 manata çatması gözlənilir: “Cari ilin 10 ayında biz orta aylıq pensiyanın məbləğini 331 manat qiymətləndiririk. Növbəti ildə isə bu məbləğin 345 manata çatmasını gözləyirik”, - deyə nazir vurğulayıb.
Sərəncamın əhatə dairəsi də kifayət qədər genişdir. Bununla bağlı “Yeni Azərbaycan”a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Sərəncamın icrası olaraq əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Həmçinin, minimum əməkhaqqı alanların da məvacibləri yüksəldiləcək. Bu islahat 1 milyonadək işçini əhatə edəcək. Qurum rəsmisinin sözlərinə görə, pensiya və sosial müavinət artımı tədbiri isə 450 min şəxs üçün müvafiq sosial ödənişin artırılmasına imkan verəcək: “Təqaüd artımı istiqaməti tələbələrin rifahına dəstək məqsədi daşıyır. Təqribən 130 minədək tələbənin təqaüdündə artım olacaq. Sərəncamın icrası ilə sosial ödəniş artımı, həmçinin aztəminatlı əhali kateqoriyasına da şamil ediləcək. Ümumilikdə, artımlar 1 milyon 800 min vətəndaşı əhatə edəcək ki, bu da kifayət qədər böyük rəqəmdir”.
Ötən il beş milyon insan...
Azərbaycan dövlətinin sosial siyasəti ardıcıl səciyyə daşıyır. Təkcə ötən il respublikamızda reallaşdırılan sosial məzmunlu islahatlardan ölkə əhalisinin yarısı - təxminən beş milyon insan bəhrələndi.
Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla gələn ilin əvvəlindən başlayacaq islahatların yeni mərhələsi vətəndaşların sosial rifahının perspektivdə də qorunmasını təmin edəcək. “Sərəncam beynəlxalq bazarlardakı proseslərin daxili bazarda qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas qruplardan olan insanlara mənfi təsirlərinin yumşaldılması və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Beləliklə, respublikamızda kommunal tariflərin dəyişdirilməsi əhalinin aztəminatlı təbəqələrinin gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır”, - deyə Fazil Talıbov bildirib.
Sosial ödənişlərdə növbəti artımlar edilməsini nəzərdə tutan bu Sərəncam vətəndaş rifahının təmin edilməsinin və həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin siyasətində başlıca istiqamətlərdən biri olduğunu növbəti dəfə təsdiqləyir. Bu sahədə son illərdə ölkəmizdə aparılan islahatlar, sözün əsl mənasında, inqilabi səciyyə daşıyır. Uğurla reallaşdırılan sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqlarının ciddi şəkildə artımı təmin edilib, yeni sosial təminat növləri təsis olunub. 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əməkhaqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Bütün bunlar aşağı gəlirli vətəndaşların rifahının yüksəldilməsi, layiqli əməkhaqqı hədəflərinə nail olunması istiqamətində ciddi irəliləyişdir.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

