Azərbaycanın üçüncü Könüllü Milli Hesabatının təqdimatı olub
15.07.2021 [09:21]
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının himayəsi ilə Yüksək Səviyyəli Siyasi Forum keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, forum çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası istiqamətində görülmüş işlər barədə Azərbaycanın üçüncü Könüllü Milli Hesabatının təqdimatı olub. Təqdimatı Azərbaycan hökuməti adından Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov edib.
Qeyd edək ki, Azərbaycan bu il dünyada 10 ölkədən biri olmaqla, regionda və MDB məkanında ilk dəfə Üçüncü Könüllü Milli Hesabat təqdim edir. BMT-nin müəyyən etdiyi tematik mövzuya uyğun olaraq hazırlanmış hesabatda siyasət və maarifləndirmə işləri, 2030-cu il gündəliyinin icrasına pandemiyanın təsirləri və bu təsirlərin minimallaşdırılması tədbirləri, DİM-lər üzrə əldə olunan tərəqqi və sair əksini tapıb.
Hesabatın təqdimat zamanı Baş nazirin müavini Əli Əhmədov ötən dövr ərzində ölkəmizdə DİM-lərin icrası sahəsində görülmüş işlər, səhiyyə sisteminin gücləndirilməsi, iqtisadi fəallığın bərpası, qeyri-neft sektorunun dinamik artımının təmin edilməsi, milli innovasiya sisteminin inkişafı istiqamətində atılmış addımlar barədə məlumat verib. Qeyd edilib ki, dayanıqlı inkişaf üzrə məlumatların toplanması və təhlili davamlı olaraq təkmilləşdiriləcək, DİM Maliyyələşdirmə Mexanizminin yaradılması kimi məsələlər diqqətdə saxlanılacaq.
Tədbirdə Dayanıqlı İnkişaf Platformasının həyata keçirilməsində sülhün və sabitliyin rolu vurğulanıb. 2020-ci ilin noyabrında Ermənistanla Azərbaycan arasında münaqişənin sona çatmasının regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmağa, Azərbaycanın və bütövlükdə, regionun inkişafına böyük təkan verəcəyi diqqətə çatdırılıb. Eyni zamanda, növbəti mərhələdə Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətini ölkəmizin işğaldan azad olunmuş və dağıntıya məruz qalmış bölgələrinin yenidən qurulmasının, məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıdışının təşkil edəcəyi bildirilib.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

