/ / Beynəlxalq avtodaşımalarda iştirak edən yerli şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb
Beynəlxalq avtodaşımalarda iştirak edən yerli şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb
27.04.2021 [08:36]
İqtisadiyyat və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq daşımalarda iştirak edən yerli şirkətlərin nümayəndələri ilə görüş keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yerli nəqliyyat müəssisələrinə və daşıyıcılara dəstək məqsədilə keçirilmiş işgüzar görüşdə dövlət qurumlarının nümayəndələri, avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar sahəsində fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak ediblər. İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısının ölkəmizdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, infrastrukturun inkişafına xüsusi önəm verdiyini vurğulayıb, bu sahəyə böyük həcmdə dövlət investisiyasının yatırıldığını, nəqliyyat sektorunun təkmilləşdirilməsi məqsədilə görülən işlər nəticəsində logistika və tranzit imkanlarının genişləndiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, ölkəmizdə aparılan uğurlu iqtisadi-siyasi islahatlara uyğun olaraq, son dövrlərdə qeyri-neft sektoru üzrə ixrac, idxal və tranzit dövriyyələrinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu da, öz növbəsində, beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərir. İqtisadiyyatın inkişafında, qarşıya qoyulmuş hədəflərə nail olunmasında infrastrukturun əhəmiyyətli rol oynadığını deyən M.Cabbarov yükdaşımalar bazarında rəqabətin böyük olduğunu, yerli şirkətlərin rəqabətə davamlılığının artırılmasının vacibliyini bildirib.
Diqqətə çatdırılıb ki, yükdaşımalarda avtonəqliyyat vasitələri ilə daşımalar böyük yer tutur. Avtonəqliyyat vasitəsilə beynəlxalq yük daşıyan yerli şirkətlərin bu sahədə payının artırılması üçün mühüm addımlar atılması zəruridir. Mikayıl Cabbarov dövlət-özəl sektoru tərəfdaşlığı çərçivəsində müvafiq dövlət qurumları, avtomobil vasitəsilə beynəlxalq yükdaşıma şirkətlərinin nümayəndələri və bu sahə üzrə ictimai birliklərin təmsil olunduğu işçi qrupun yaradılmasının məqsədəuyğun olduğunu vurğulayıb. İqtisadiyyat naziri görüş iştirakçılarını fəal müzakirələrə, açıq dialoqa dəvət edib.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev son dövrlərdə ölkənin nəqliyyat-tranzit infrastrukturunun inkişafı sahəsində görülən işlər, beynəlxalq yükdaşımalar istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanda ümumi uzunluğu 19 min kilometrdən artıq olan avtomobil yollarının 4,7 min kilometrdən çoxu respublika əhəmiyyətlidir. İşğaldan azad edilmiş ərazilərimizin bərpasından sonra bu yollara daha 2 min kilometr əlavə edilmiş olacaq. Azad edilmiş torpaqlar və Naxçıvan vasitəsilə açılacaq yeni beynəlxalq tranzit marşrutları nəqliyyat-logistika sektorunda iştirakçılar üçün imkanları daha da genişləndirəcək.
R.Nəbiyev milli avtomobil daşıyıcıların təkcə yerli bazarda deyil, regionda daha rəqabətqabiliyyətli olması üçün zəruri addımlardan bəhs edib. Nazir yerli şirkətləri qlobal şəbəkənin bir hissəsinə çevrilməyə, ona inteqrasiya etmək üçün səylərini artırmağa çağırıb. Bildirilib ki, innovativ, təhlükəsiz və etibarlı xidmət göstərən yerli şirkətlər beynəlxalq tərəfdaşlıq çərçivəsində regional bazarda mövqelərini möhkəmləndirə bilərlər.
Görüş iştirakçıları avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar sahəsində təkliflər səsləndirib, mövzuya dair müzakirələr aparılıb, şirkətlərin nümayəndələrinin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

