Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib
25.02.2021 [09:12]
Fevralın 24-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 11-ci iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, videokonfrans formatında keçirilən iclasda şura sədrinin müavini, iqtisadiyyat naziri Mikayıl Cabbarov və şuranın üzvləri iştirak ediblər.
Tədbirdə Ə.Əhmədov ötən dövr ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülmüş işləri, DİM-lərin icrası prosesində qurulmuş səmərəli əməkdaşlıq nəticəsində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) 2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında mövqeyinin yaxşılaşdığını diqqətə çatdırıb. Hesabata əsasən, ölkəmiz dünyanın 166 ölkəsi arasında “dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə 100 baldan 72,6 bal toplayaraq 54-cü pillədə qərarlaşıb və bu göstərici ilə bütün qonşu ölkələri geridə qoyub.
Bildirilib ki, BMT-nin İqtisadi və Sosial Şurasının 2021-ci ilin iyul ayında keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycan Respublikası tərəfindən üçüncü Könüllü Milli Hesabat təqdim ediləcək və hazırda hesabatın hazırlanması ilə bağlı işlər aparılır. Azərbaycan regionda üçüncü dəfə Könüllü Milli Hesabat təqdim edəcək ilk ölkə olacaq.
İclasda “Milli prioritet kimi təsdiq edilmiş DİM göstəriciləri üzrə statistik məlumat istehsalı sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və bu çərçivədə hazırlanan 2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması vəziyyəti”, “Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək üçün DİM-lərin icrası ilə əlaqədar Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında 2020-ci il üzrə yekun Hesabat” və “2021-ci ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumuna təqdim ediləcək Azərbaycan Respublikasının üçüncü Könüllü Milli Hesabatının hazırlanması ilə bağlı cari vəziyyət” mövzularında məruzələr dinlənilib.
Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması məqsədilə DİM-lərin icrası ilə əlaqədar 2020-ci il üzrə Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında Yekun Hesabat şura üzvləri tərəfindən müzakirə edilərək təsdiq olunub, 2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf strategiyasının və Azərbaycan Respublikasının üçüncü Könüllü Milli Hesabatının hazırlanması ilə bağlı müvafiq tövsiyələr və tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

