Tehranda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib
23.12.2020 [09:14]
İranda səfərdə olan Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev dekabrın 22-də bu ölkənin energetika naziri Rza Ərdakanian ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Şahin Mustafayev qeyd edib ki, Azərbaycan İran ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Dünyanı cənginə alan koronavirus pandemiyasına baxmayaraq, dövlətlərimiz arasında müxtəlif sahələr üzrə əlaqələr davam etdirilir. Vurğulanıb ki, iki ölkənin birgə başladığı layihələri uğurla başa çatdırmaq əhəmiyyətlidir. Araz çayı üzərində Xudafərin və Qız Qalası su hidroqovşaqlarının inşasının tamamlanması ölkələrimizin enerji və kənd təsərrüfatı sahələrinə böyük fayda verəcək.
Baş nazirin müavini Qarabağın işğaldan azad olunmasına toxunaraq bildirib ki, Azərbaycan burada geniş tikinti və quruculuq işləri həyata keçirərək regionu yenidən bərpa edəcək. Ötən 7 ildə dövlətlər arasında imzalanan sənədlər üzrə işlər davam etdirilir. Hazırda İran, Azərbaycan və Rusiya arasında elektrik enerjisi mübadiləsi həyata keçirilir ki, bu da tərəflərin hər biri üçün faydalıdır. Azərbaycanın İran ilə sərhədə yerləşən rayonlarının işğaldan azad edilməsi qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaradıb və bu imkandan istifadə etmək zəruridir. Azərbaycan- İran sərhədi dostluq və qardaşlıq sərhədidir və bu, digər dövlətlər üçün nümunədir.
Rza Ərdakanian deyib ki, İran Azərbaycanın işğaldan azad olunan ərazilərində su və elektrik sahəsini bərpa edə bilər. Bu istiqamətdə çalışmaq istəyən çoxlu şirkətlər var. Nazirin sözlərinə görə, İran Qarabağın bərpasında yaxından iştirak etməyə hazırdır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bu və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.
Görüşdən sonra jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

