/ / Xarici investorlar işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edilib
Xarici investorlar işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edilib
22.12.2020 [10:00]
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatının təqdimatına dair videokonfans formatında işgüzar görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin Almaniya ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini və AHK-in bu istiqamətdə fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib. Vurğulanıb ki, AHK tərəfindən “KPMG Azərbaycan” ilə əməkdaşlıq çərçivəsində nəşr olunan “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatının pandemiyanın iqtisadiyyata təsirlərinin müəyyənləşdirilməsi və təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən institusional islahatların qiymətləndirilməsində faydalı platformadır.
İqtisadiyyat naziri ölkələrimiz arasında səmərəli investisiya əməkdaşlığını, ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük potensialı vurğulayıb, Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyət istiqamətləri, qarşılıqlı investisiya qoyuluşlarının artmasında önəmi diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayan M.Cabbarov xarici investorları işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.
“AHK Azərbaycan”ın idarə heyətinin sədri Fərid İsayev Almaniya ilə tərəfdaşlığın inkişafı üçün “AHK Azərbaycan”ın fəaliyyətini genişləndirəcəyini diqqətə çatdırıb.
İclasda “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatının təqdimatı keçirilib, ekspertlərin rəyləri dinlənilib. Hesabata əsasən, xarici investorlar Azərbaycandakı siyasi və makroiqtisadi sabitliyi xüsusi vurğulayıb, respondentlərin 69 faizi ölkəmizdə aparılan vergi islahatlarını yüksək qiymətləndiriblər.
Qeyd edək ki, hesabat Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələri arasında keçirilən Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09

