/ / Ramin Quluzadə: Hazırda “GUAM Rəqəmsal ticarət qovşağı” layihəsinin reallaşdırılması üzrə müvafiq tədbirlər görülür
Ramin Quluzadə: Hazırda “GUAM Rəqəmsal ticarət qovşağı” layihəsinin reallaşdırılması üzrə müvafiq tədbirlər görülür
09.12.2020 [09:49]
Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın nəqliyyat nazirlərinin növbəti görüşü onlayn formatda təşkil olunub. Sözügedən tədbirdə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Ukraynanın infrastruktur naziri Vladislav Krikliy, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Akaki Saqiraşvili və Moldovanın İqtisadiyyat və İnfrastruktur Nazirliyinin dövlət katibi Yulian Postike iştirak ediblər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasa, həmçinin partnyor qismində Yaponiya və İsrail nümayəndələri də qatılıblar.
Tədbirin əvvəlində GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycanı ərazi bütövlüyünü təmin edən tarixi qələbəsi münasibətilə təbrik edib.
Onlayn iclasın gedişində GUAM nəqliyyat dəhlizinin inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dair üzv dövlətlərin Baş nazirlərinin 2019-cu il 12 dekabr tarixli tapşırıqlarının icra vəziyyəti, təşkilatın işçi qrupları çərçivəsində GUAM azad ticarət zonasının və nəqliyyat dəhlizinin inkişafı istiqamətində görülən işlər müzakirə olunub.
Nazir R.Quluzadə tədbir iştirakçılarına ölkəmizin nəqliyyat sahəsinin inkişafı üzrə siyasəti, həyata keçirilən fəaliyyət, təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələr və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.
Nazir çıxışında pandemiya dövründə regionda daşımaların davamlılığının təmin edilməsi istiqamətində görülən işlər haqqında da danışıb. R.Quluzadə pandemiya və ondan sonrakı mərhələdə nəqliyyatın rəqəmsallaşması və bu sahədə yüksək texnologiyaların tətbiqinin vacibliyini vurğulayıb.
O əlavə edib ki, hazırda “GUAM Rəqəmsal ticarət qovşağı” layihəsinin reallaşdırılması istiqamətində müvafiq tədbirlər görülməkdədir.
Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın təsis etdiyi beynəlxalq regional təşkilat olan GUAM-a bu il ölkəmiz sədrlik edir. Azərbaycanın sədrliyinin prioritetləri kimi təşkilat çərçivəsində nəqliyyat və ticarət sahələrində əməkdaşlıq məsələləri, vacib əməkdaşlıq istiqamətləri olaraq kiçik və orta sahibkarlıq, energetika, turizm və digər bir neçə sahə qəbul edilib.
Ölkəmiz hazırda 2019-2020-ci illər üçün GUAM-ın nəqliyyat üzrə işçi qrupunda əlaqələndiricilik funksiyasını həyata keçirir. İclas zamanı Azərbaycan tərəfi 2021-2022-ci illər üçün İşçi Qrupunda koordinasiyanı davam etdirməyə hazır olduğunu bildirib və bu təklifi təşkilata üzv ölkələr dəstəkləyib.
Tədbirin sonunda iştirakçılar üzv ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafına yeni töhfələr verəcək birgə bəyanat qəbul ediblər.
Xəbər lenti
Hamısına baxDünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59

