İqtisadiyyat nazirinin təqdimatında vebinar keçirilib
12.09.2020 [00:30]
Sentyabrın 11-də “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən növbəti vebinar təşkil olunub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 450-dək iştirakçının qatıldığı vebinarda müsabiqənin İdarəçi Rəhbərlər heyətinin üzvü, nazir Mikayıl Cabbarov “İdarəçi rəhbər və təcrübə” mövzusunda təqdimatla çıxış edib. Nazir “Yüksəliş” layihəsinin əhəmiyyəti barədə məlumat verib və müsabiqənin intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri, bilik və bacarıqları yüksək olan rəhbər şəxslərin müəyyən edilməsində, zəngin kadr resurslarının yaradılmasında mühüm rolunu qeyd edib.
İqtisadiyyat naziri idarəçi rəhbərlər üçün tələblər, idarəçilik bacarıqlarının inkişafı üçün vacib olan amillərlə bağlı fikirlərini bölüşüb. Vebinarda, həmçinin idarəçi rəhbərlərin təcrübədə qarşılaşdıqları məqamlar barədə məlumat verilib, müxtəlif qurumlarda müəyyənləşdirilmiş hədəflər, məqsədə çatmaq üçün istifadə olunan metodlar, təcrübə əsasında əldə edilmiş müsbət nəticələr diqqətə çatdırılıb. Yeni yanaşmaların tətbiqinin faydalı nəticələri, şəffaflığın təminatı üçün istifadə olunan müasir alətlər, innovativ yanaşmalara əsaslanan həllər, mövcud resursların daha səmərəli istifadəsi üçün istifadə olunan mexanizmlər, geniş və əhatəli sistemlərdə səmərəli nəticələr əldə etmək üçün peşəkar yanaşma tərzinin formalaşması, böhran zamanı idarəetmənin xüsusiyyətləri izah olunub. Vurğulanıb ki, bilik, təcrübə və komanda işinin vəhdəti ilə göstərilən fəaliyyət idarəçilərin uğur hekayələrinin və qazanılmış nailiyyətlərin əsas fəlsəfəsini təşkil edir. Zaman keçdikcə əmək bazarı üçün yeni tələblər yaranır və idarəçilər üçün yeni obrazlar formalaşır. İdarəçi rəhbər olmağın formulunu isə hər bir idarəçi özü müəyyən edir. Çünki hər kəsin iş fəaliyyətinə fərdi yanaşması və prinsipləri var. Bu formul hər bir idarəçinin öz uğur hekayəsinin fəlsəfəsi əsasında formalaşır.
Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb, dinləyicilərin sualları cavablandırılıb. Müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini nəzərdə tutur.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

