İKT şirkətlərinin nümayəndələri ilə onlayn formatda görüş keçirilib
18.08.2020 [09:15]
“Caspian Energy Club”ın İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) bölməsinə daxil olan ölkənin aparıcı İKT şirkətlərinin nümayəndələri ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin onlayn formatda görüşü keçirilib.
Klubdan AZƏRTAC-a bildirilib ki, görüş “Caspian Energy Club”un baş icraçı direktoru Telman Əliyevin nitqi ilə başlayıb. Sonra isə Elmir Vəlizadəyə çıxış üçün söz verilib.
Nazir müavini hazırda İKT sahəsində cari vəziyyət, görülən işlər və yaxın perspektivlər barədə məlumat verib. E.Vəlizadə unikal bir dövrdə yaşadığımızı, XXI əsrin ilk pandemiyası ilə mübarizə apardığımızı və bəşəriyyət tarixində ilk dəfə olaraq bu mübarizədə İKT-nin mühüm rol oynadığını qeyd edib. Nazirlik rəsmisi ölkədə bu müddət ərzində tətbiq olunmuş İKT həllərdən danışıb, başlıca vəzifənin isə İKT şirkətlərinin potensialının qorunub saxlanılması, kadrların itirilməsinə yol verilməməsi olduğunu bildirib.
Gələcək perspektivlərə baxış üçün isə görüşdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycanda və dünyada İnformasiya-Kommunikasiya Texnologiyaların inkişaf tendensiyaları və perspektivləri” mövzusunda təqdimatla çıxış edilib.
Nazirliyin Strateji planlaşdırma və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsini icra edən Heydər Rüstəmovun etdiyi təqdimatda ölkəmizdə 2013-2019-cu illərdə İKT inkişafının mövcud vəziyyəti, inkişafın əsasında duran sahələr, gəlirlərin dəyişmə dinamikası, İKT istehsalının strukturu, sahə üzrə məhsul və xidmətlərinin ixracı və idxalı, pandemiya ilə əlaqədar 2020-ci il ərzində İKT-nin mövcud vəziyyəti barədə məlumat verilib, eləcə də sektorun inkişafı ilə bağlı hazırlanmış ilkin təkliflər təqdim olunub.
Sonra təqdimat ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb. Ümumilikdə iştirakçıların fikirləri, qarşılaşdıqları çətinliklər və problemlər dinlənilib, sektorun inkişafı ilə bağlı təklifləri müzakirə olunub.
İştirakçılar pandemiya dövründə, xüsusilə də xüsusi karantin rejiminin ilk vaxtlarında və hazırda nazirliklə keçirilən bu görüşləri yüksək qiymətləndiriblər. Bildirilib ki, bu görüşlər İKT şirkətləri üçün yaranmış vəziyyətdə fəaliyyətlərinin təşkilinə dair təlimat əldə etməyə, mövcud problemlərin operativ həlli üçün əlaqələrin yaradılmasına xidmət edib. Hazırlanmış təqdimat iştirakçılar tərəfindən təqdirəlayiq hesab edilib və aparılan təhlilin gələcək fəaliyyət üçün əhəmiyyəti vurğulanıb. Şirkətlərin də təkliflər təqdim edəcəyinə dair fikirlər səsləndirilib.
“Caspian Energy Club”u tərəfindən pandemiya dövründə İKT şirkətlərinin, o cümlədən kluba daxil olan şirkətlərin qarşılaşdıqları problem və çətinliklərə həssaslıqla yanaşdığına, bu həssas vəziyyətdə onların problemlərinin operativ həll olunmasına göstərdiyi diqqət və qayğıya görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə təşəkkür olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

