Azərbaycan və Rusiyanın Rostov vilayəti arasında biznes forum keçirilib
05.03.2020 [09:29]
Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində martın 4-də Azərbaycan və Rostov vilayəti arasında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın inkişafına dair biznes forum keçirilib.
AZƏRTAC xəbər verir ki, biznes forumda hər iki ölkədən ticarət, sənaye, təhsil, səhiyyə, kənd təsərrüfatı, logistika, sığorta, konsaltinq və sair sahələrdə fəaliyyət göstərən 100-dək iş adamı iştirak edib.
Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səylərinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaratdığını, bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edən Azərbaycan və Rusiya əlaqələrinin strateji səviyyədə olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri də ticarət-investiya əməkdaşlığıdır və hər iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi bu məqsədə nail olunmasında mühüm rol oynayır. Azərbaycan Rusiyanın 70-dən çox federal subyekti, o cümlədən Rostov vilayəti ilə sıx əməkdaşlıq edir. Bununla yanaşı, sənaye, kənd təsərrüfatı maşınqayırması, alternativ enerji, humanitar və sair sahələrdə Rostov vilayəti ilə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var.
M.Cabbarov Azərbaycan iqtisadiyyatı, həyata keçirilən islahatlar barədə forum iştirakçılarına məlumat verib, Rostov vilayətinin sahibkarlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya imkanlarından yararlanmağa dəvət edib.
Rostov vilayətinin qubernatoru V.Qolubev Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin, biznes forumların ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətini qeyd edib. O, Rostov vilayətinin iqtisadi-investisiya imkanları barədə məlumat verib, Azərbaycanla əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artırılması üçün potensialı diqqətə çatdırıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin Azərbaycan və Rusiya əlaqələrinin inkişafına verilən böyük önəmin göstəricisi olduğunu qeyd ediblər.
Biznes forum çərçivəsində Rusiyanın Rostov vilayətinin investisiya-turizm imkanları barədə təqdimat keçirilib.
Tədbirdə Azərbaycan və Rusiyanın Rostov vilayətində birgə həyata keçirdiyi layihələr barədə məlumat verilib, “Voterfoll PRO” MMC-nin rəhbəri Konstantin Kuzin, “Aviakompaniya Azimut” SC-nin icraçı direktoru Eduard Tepliçkiy və “Cənub Universiteti (İdarəetmə, biznes və hüquq İnstitutu)”nun rektoru İmran Əkbərov təmsil etdikləri müəssisələrin fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.
Biznes forum çərçivəsində sənaye, turizm, konsaltinq, humanitar və sair sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.
Tədbir sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22

