AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub proqramını təqdim edir
04.12.2019 [09:35]
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkəti dekabrın 3-6 tarixlərində Bakıda keçirilən Baku Tel 2019 - 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi istiqamətində icra etdiyi “Azerbaijan Digital Hub” proqramını təqdim edir.
AzerTelecom şirkətinin Baş direktoru Fuad Allahverdiyevin sözlərinə əsasən, sərgidə proqramın icra mərhələləri çərçivəsində həyata keçirilən layihələr barədə sərginin yerli və xarici iştirakçılarına ətraflı məlumat verilir. “AzerTelecom 2018-ci ildən başlayaraq Azərbaycanın Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramının icrasına başlayıb. Proqram 3 mərhələdən ibarət olmaqla, magistral infrastruktur quruculuğunu, Bakının İnternet Mübadilə Mərkəzinə çevrilməsini, Azərbaycanda iri Data mərkəzin tikilməsini və ümumilikdə rəqəmsal ekosistemin qurulmasını nəzərdə tutur. Biz hazırda “Digital Hub” proqramı çərçivəsində ilkin infrastruktur quruculuğu mərhələsindəyik və həm ölkə daxilində, həm də ölkə xaricində iri infrastruktur quruculuğu layihələri icra edirik. Ölkə xaricində magistral infrastruktur quruculuğu Azərbaycan və Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanlarına malik magistral kabel xəttinin çəkilməsini nəzərdə tutur. İki istiqamətdən - Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutlarından ibarət olan layihə Azərbaycandan keçməklə Avropa ilə Asiya arasında Rəqəmsal İpək Yolunu formalaşdıracaq. Şirkətimizin iştirakı ilə bu yaxınlarda dövlət-özəl sektor Konsorsiumu da təsis edilib və biz Konsorsiumun Azərbaycanın regionda rəqəmsal qovşaq olaraq mövqeyinin daha da güclənməsi, rəqəmsal texnologiyaların müxtəlif sahələrdə tətbiqinin daha da genişlənməsinə töhfə verməsi istiqamətində fəaliyyət göstəririk” - deyə Fuad Allahverdiyev bildirib.
Qeyd edək ki, sərgidə həmçinin “Azerbaijan Digital Hub” proqramının logosu da təqdim olunub.
“AzerTelecom” - Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

