Ötən 2 ildə gömrük orqanları dövlət büdcəsinə əlavə 2 milyard manat köçürüb
27.11.2019 [09:21]
Noyabrın 26-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev “2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr” mövzusunda mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, S.Mehdiyev cari ilin 10 ayında görülən işlər, həyata keçirilən islahatlar, tətbiq edilən yeni layihələr və gələcək hədəflər barədə danışıb. Bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan davamlı iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən innovativ islahatlar hesabına şaxələndirilərək bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində uğurlu nəticələrin əldə olunmasına şərait yaradıb.
Komitə sədri aparılan islahatlar, gömrük-keçid məntəqələrində quraşdırılan müasir avadanlıqlar və təkmilləşdirilmiş idarəetmə sistemi hesabına sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə həyata keçirildiyini, sərhədlərdə yerləşən gömrük postlarının buraxılış qabiliyyətinin dəfələrlə artdığını diqqətə çatdırıb.
Şəffaflığın təmin olunması, kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində görülən işlərdən danışan S.Mehdiyev uçotun düzgün qurulması məqsədilə atılan addımlardan bəhs edib, vahid risk platformasının yaradıldığını, görülən işlər hesabına gömrük ödənişlərindən yayınma hallarının və qaçaqmalçılığın qarşısının alınmasında mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb.
Komitə sədri son 2 ildə gömrük orqanları tərəfindən əlavə 2 milyard manat vəsaitin dövlət büdcəsinə köçürülməsini də həyata keçirilən səmərəli fəaliyyətin nəticəsi kimi qiymətləndirib. O, bu ilin 10 ayı ərzində 3,5 milyonadək elektron xidmət göstərildiyini, informasiya texnologiyalarının tətbiqi hesabına gömrük sistemində vətəndaş-məmur təmasının minimuma endirildiyini, gələcək hədəfin isə təmasın sıfırlanması olduğunu bildirib.
Eyni zamanda, ölkədə gömrük işinin daha da səmərəli təşkil edilməsi məqsədilə təmsilçilik institutunun təkmilləşdirilməsi istiqamətində atılan addımlardan bəhs olunub, hüquqi şəxslərin 800-dən çox təmsilçilik üzrə mütəxəssisinin xüsusi imtahanlara və kurslara cəlb edildiyi və prosesin davamlılığının təmin olunacağı bildirilib.
Daha sonra “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqindən, xarici ticarət dövriyyəsindən, gömrük orqanlarının kadr potensialının gücləndirilməsindən və tətbiq ediləcək yeni layihələrdən bəhs edən S.Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən islahatların davamlı xarakter daşıdığını, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidmətinin ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunması, beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində yeni uğurlara imza atacağını diqqətə çatdırıb.
Sonra Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev jurnalistlərin suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59

