/ / Milli Məclisin komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam etdirilib
Milli Məclisin komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam etdirilib
21.11.2019 [09:57]
Noyabrın 20-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və Gənclər və idman komitələrinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib.
Bahar Muradovanın sözlərinə görə, sosial-iqtisadi islahatlar, inkişafın bütün parametrləri üzrə qarşıya qoyulan vəzifələr, hökumətin vətəndaşlar qarşısındakı öhdəlikləri sahəsindəki hədəflərə çatmaq üçün gəlinən ümumi qənaət ondan ibarətdir ki, 2020-ci ilin büdcə paketinə daxil olan sənədlər və nəzərdə tutulan imkanlar bütün bu proseslərin həyata keçirilməsini təmin edəcək. Bir sözlə, gələn ilin inkişaf parametrlərinə tam uyğun şəkildə hazırlanan dövlət büdcəsi respublikamızın iqtisadi yüksəlişinə, əhalinin sosial rifahının daha da gücləndirilməsinə, mədəni və humanitar sahələrdə görülən işlərə, o cümlədən ölkəmizin müdafiə qabiliyyətinin və ordumuzun döyüş imkanlarının daha da artırılmasına xidmət edəcək.
Qeyd olunub ki, gələn ilin dövlət büdcəsinin icrasından gözləntilər həm də qeyri-neft sektorundan daxilolmaların artması və bunun da nəticəsində büdcədə neft amilindən asılılığın azaldılmasıdır. Həyata keçirilən islahatlar və qarşıya qoyulan vəzifələr onu deməyə imkan verir ki, gələn il vergi daxilolmaları artacaq. Xüsusilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsindəki proseslər nəzərdə tutulan hədəflərə çatmağı təmin edəcək. Bütün bunlar həm də biznesin, orta sahibkarlığın inkişafına dəstək verəcək. Eyni zamanda, büdcədən ayrılan xərclərin səmərəliliyinin artırılması, şəffaflığın və hesabatlılığın təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılacaq.
Bahar Muradova onu da qeyd edib ki, regional inkişaf, bölgələrdə məşğulluğun təmin olunması, kənd təsərrüfatının inkişafına dair prioritetlərin yerinə yetirilməsi, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət edəcək istiqamətlərdə siyasətin həyata keçirilməsi ilə bağlı məsələlərin yüksək səviyyədə maliyyələşməsi büdcə paketində nəzərə alınıb.
Sonra çıxış edən Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə bildirib ki, 2020-ci ilin dövlət və icmal büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi və Azərbaycan iqtisadiyyatının yeni makroiqtisadi reallıqlarını özündə əks etdirən strateji inkişaf prioritetləri və ölkənin sosial-iqtisadi hədəfləri nəzərə alınmaqla tərtib olunub. Qeyd edilib ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat, xərcləri isə 26 milyard 913,7 milyon manat məbləğində proqnozlaşdırılır. 2020-ci ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə dövlət büdcəsi xərclərinin 64,2 faizi həcmində və ya 17 milyard 275,9 milyon manat, əsaslı xərclərə 29 faizi həcmində və ya 7 milyard 809,6 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 6,8 faizi həcmində və ya 1 milyard 828,2 milyon manat vəsait yönəldiləcək.
Nazir müavini bildirib ki, növbəti ildə sosialyönümlü xərclərin məbləği 10 milyard 642 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 2 milyard 874 milyon manat və ya 37 faiz çoxdur. O da diqqətə çatdırılıb ki, plenar iclasda və komitələrdə deputatların qaldırdığı məsələlər Maliyyə Nazirliyi tərəfindən öyrənilir. Plenar iclasda deputatların toxunduqları məsələlər cavablandırılacaq.
İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın büdcə layihəsi barədə müsbət rəyini diqqətə çatdırıb və layihənin ikinci oxunuşda plenar iclasın müzakirəsinə verilməyə hazır olduğunu qeyd edib.
Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatları Fazil Mustafa, Asim Mollazadə, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Tahir Kərimli, Çingiz Qənizadə, Şahin İsmayılov, Sona Əliyeva, Naqif Həmzəyev, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov büdcə layihəsi barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.
Maliyyə nazirinin müavini İlqar Fətizadə səsləndirilən təkliflərə münasibətini bildirdikdən sonra “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

