Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Fransada səfərdədir
04.10.2019 [09:27]
Fransadakı səfirliyimizin və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə ölkəmiz Fransanın Overn-Ron-Alp regionunun Klermon-Ferran şəhərində “Sommet de l’elevage” (“Heyvandarlıq zirvəsi”) adlı beynəlxalq heyvandarlıq sərgisində təmsil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə Kənd Təsərrüfatı naziri İnam Kərimov rəhbərlik edib. Əvvəlcə nümayəndə heyətimizin üzvləri Klermon-Ferran meriyasında keçirilən sərginin rəsmi açılışında iştirak ediblər. Açılışa bir çox ölkənin kənd təsərrüfatı nazirləri, Fransada akkreditə olunmuş səfirliklərin nümayəndələri, heyvandarlıq üzrə mütəxəssislər qatılıblar.
Sonra nümayəndə heyətimiz Overn Zenit mərkəzində təşkil olunmuş beynəlxalq heyvandarlıq sərgisinə gəlib.
Nazir İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətini sərginin təsisçisi Roje Blan və ADEPTA şirkətinin Qafqaz üzrə rəhbəri Roşel Levi qarşılayıb.
R.Blan nümayəndə heyətimizə sərginin tarixi haqqında məlumat verib. Sonra sərgi salonları ilə tanışlıq olub. Azərbaycan nümayəndə heyətinin üzvləri xırda və iribuynuzlu, eləcə də ətlik və südlük heyvanlar, onların müxtəlif iqlim şəraitinə dözümlülüyü barədə məlumatlandırılıblar. Eyni zamanda, sərgi çərçivəsində heyvandarlıq sahəsində müvafiq texnologiyalarla tanışlıq olub. Süni mayalanma, südün saxlanılması, heyvan yemlərinin hazırlanması, kənd təsərrüfatı texnikası ilə bağlı suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Nazir İnam Kərimov sərgidə nümayiş olunan ətlik və südlük, xırda və iribuynuzlu heyvan cinslərindən hansının daha çox fayda verdiyi və ölkəmizin iqlim şəraitinə uyğunlaşdırılması yollarına dair azərbaycanlı fermerlərlə birlikdə fikir mübadiləsi aparıb.
Oktyabrın 4-dək davam edəcək sərgiyə ölkəmizin 10-dan çox fermeri, eləcə də assosiasiyaların rəhbərləri qatılıb.
Klermon-Ferran Beynəlxalq Heyvandarlıq Sərgisi dünyanın ən böyük ixtisaslaşmış sərgisidir. Sərgidə dünyanın 38 ölkəsindən 1560 şirkət iştirak edir.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

