Energetika Nazirliyində kollegiya iclası keçirilib
04.09.2019 [09:27]
Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda ölkədə bərpa olunan enerji sahəsində əldə edilən nəticələr, bu sahədə qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınmaqla mövcud potensialdan istifadənin genişləndirilməsi, qarşıda duran prioritet vəzifələr, eləcə də 2019-cu ilin birinci yarısı üzrə nazirlik tərəfindən görülmüş işlər və nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb.
Energetika sahəsində aparılan əsaslı islahatlardan bəhs edən kollegiyanın sədri, Energetika naziri Pərviz Şahbazov bu sektorun inkişafı ilə bağlı qəbul edilmiş strateji sənədlərdə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı gücü portfelinin şaxələndirilməsi, sahəyə özəl investisiyaların cəlb edilməsi istiqamətində mühüm vəzifələrin müəyyən edildiyini diqqətə çatdırıb.
Bildirilib ki, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamı ilə verilmiş tapşırıqların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi artıq hazırlanıb və müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı təkliflərin yaxın vaxtlarda təqdim edilməsi nəzərdə tutulur.
İclasda ölkədə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mövcud vəziyyətə dair məruzə dinlənilib. Bərpa olunan enerji potensialı, müvafiq sahəni tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması, sahənin investisiya qoyuluşu üçün əlverişliliyinin təmin edilməsi, təşviq mexanizmlərinin müəyyənləşdirilməsi, pilot layihələrin həyata keçirilməsi, beynəlxalq şirkətlərlə əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb.
Kollegiya iclasında, həmçinin 2019-cu ilin birinci yarısının yekunları üzrə hesabat dinlənilib. İcra intizamı, icazələrin verilməsi, inzibati xətalar, vətəndaşların qəbulu və müraciətlərə baxılması ilə bağlı görülmüş işlər, eləcə də Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn tapşırıqların icra vəziyyəti nəzərdən keçirilib.
Yekunda nazir P.Şahbazov 2019-cu ilin ikinci yarısında görüləcək işlər və qarşıda duran vəzifələrin icrasının təmin edilməsi üçün nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

