Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
21.08.2019 [09:38]
“Azərbaycanda aqrar sahənin inkişafı istiqamətində mühüm addımlar atılır. Bu ilin altı ayı ərzində bu sahədə 13 faiz artımın baş verməsi bunu təsdiq edir. Xüsusilə bitkiçiliyin 25 faiz artması da təqdirəlayiq haldır. Prezident İlham Əliyevin söylədiyi kimi, bu sahəyə qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, kənd təsərrüfatının geniş potensialından daha səmərəli istifadə etmək məqsədilə aqrar sektorda sistemli islahatlar həyata keçirilir. Kənd təsərrüfatında yeni islahatlar kursunun məqsədi ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün institusional potensialın gücləndirilməsindən, aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsindən, biznes mühitinin yaxşılaşdırılmasından, kənd təsərrüfatı məhsullarının istehsal imkanlarının artırılmasından, bazar infrastrukturunun təkmilləşdirilməsindən və istehsalçıların bazara çıxışının asanlaşdırılmasını təmin etməkdən ibarətdir.
Komitə sədri deyib ki, bu məqsədlər üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi, regional ixtisaslaşdırma aparılması, aqrar sahəyə investisiya qoyuluşlarının təşviq edilməsi, informasiya-məsləhət xidməti şəbəkəsinin formalaşdırılması, aqrar sığortanın tətbiqi ilə bağlı hüquqi və institusional tədbirlər görülməsi, ixracın çeşidinin artırılması və bazarların diversifikasiyası və s. addımların atılması nəzərdə tutulur. Bütövlükdə, aqrar sektorun maddi-texniki bazasının ardıcıl şəkildə möhkəmləndirilməsinə, yeni yanaşmaların tətbiqinə “yaşıl işıq” yandırılmasına, həmçinin bu sahədə aparılan institusional islahatlara istinadən deyə bilərik ki, respublikamızda məhsuldarlığın artırılmasına hesablanan yeni bir kənd təsərrüfatı sistemi formalaşdırılır.
“Şübhə yoxdur ki, həyata keçirilən məqsədyönlü tədbirlər və islahatlar perspektivdə milli iqtisadiyyatımızda aqrar sektorun mövqeyinin möhkəmlənməsini təmin edəcək. Aqrar sektorda startı verilən yeni islahatlar kursunun əsas hədəflərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün institusional potensialın gücləndirilməsindən ibarətdir. Qlobal risklərin artdığı bir şəraitdə Azərbaycan əhalinin ərzaq təhlükəsizliyinə ölkənin milli təhlükəsizliyinin vacib bir komponenti kimi daim böyük önəm verir. Son 16 ildə respublikamızda ərzaq təminatının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Öz növbəsində bu istiqamətdə həyata keçirilən tədbirlər artıq öz müsbət nəticələrini verir. Respublikamızda bir sıra pozisiyalar üzrə daxili ərzaq tələbatının 100 faiz həcmində yerli istehsal hesabına ödənilməsi böyük nailiyyətdir. Hazırda ölkəmizdə meyvə-tərəvəzə olan daxili tələbat tam həcmdə yerli istehsal hesabına təmin edilir. Hazırda yerli kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı əhəmiyyətli dərəcədə artmaqdadır. Bu da respublikamıza valyuta gətirir ki, iqtisadiyyatımızı daha da gücləndirir”, - deyə komitə sədri vurğulayıb.
E.İbrahimov “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının da böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu sənəd aqrar sahənin inkişafında mühüm rol oynayacaq: “Aqrar sığorta haqqında” qanun Azərbaycan Respublikasında aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Dövlət başçısının imzaladığı Fərmanda qeyd olunduğu kimi, bu qanunun 8.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən “Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılacaq. Hesab edirəm ki, bu fondun yaradılması çox böyük əhəmiyyət kəsb edir. Belə bir fondun fəaliyyət göstərməsi fermerlərin, bütövlükdə aqrar sahədə çalışan insanların, istehsalçıların maraqlarına tam uyğundur. Buna görə də, onlar aqrar sığortanın imkanlarından faydalanmalıdırlar”.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

