/ / AzerTelecom-un rəhbəri İsveçrədə keçirilən Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb
AzerTelecom-un rəhbəri İsveçrədə keçirilən Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb
02.07.2019 [09:43]
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyev İsveçrənin Sürix şəhərində keçirilmiş İsveçrə-Azərbaycan Biznes Forumunda “Azərbaycanda rəqəmsallaşma prosesləri və “Azerbaijan Digital HUB” proqramının bu proseslərə töhfəsi” mövzusunda çıxış edib.
Fuad Allahverdiyev çıxışında dördüncü sənaye inqilabı şəraitində rəqəmsallaşma proseslərinin Azərbaycanda da sürətlə getdiyini, Prezident İlham Əliyev tərəfindən İKT sektorunun dayanıqlı inkişafı istiqamətində müxtəlif Dövlət Proqramları, Sərəncam və Fərmanların qəbul edildiyini qeyd edib.
O “AzerTelecom” şirkətinin hazırda icra etdiyi “Azerbaijan Digital HUB” proqramı barədə məlumat verərək bu proqramın ölkənin İKT, telekommunikasiya sektorunun inkişafı, rəqəmsallaşma proseslərinə mühüm töhfə verəcəyini bildirib. “Digital HUB” proqramı ölkə daxlində dayanıqlı infrastruktur quruculuğunu, Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılmasını, Transxəzər magistralının çəkilişini, ölkəmizdə regional Data Mərkəzin tikintisini və Azərbaycanın Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Regional Rəqəmsal Mərkəzə çevrilməsini və rəqəmsal ekosistemin formalaşmasını nəzərdə tutur”, - deyə Fuad Allahverdiyev bildirib.
Qeyd olunub ki, “Digital HUB” proqramı Avropa və Asiya ölkələri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edəcək, iki qitənin müxtəlif dövlətlərinin telekommunikasiya və kontent operatorlarının əməkdaşlığı, biznes əlaqələrinin daha da genişlənməsi üçün təməl olacaq. Azərbaycan bu proseslərdə mərkəzi ölkəyə çevriləcək və proqram çərçivəsində rəqəmsal telekommunikasiya dəhlizinin qurulması bir çox ölkələrdə rəqəmsallaşma proseslərinin sürətlənməsinə töhfə verəcək.
İsveçrə-Azərbaycan Biznes Forumu İsveçrə Konfederasiyasının Sürix şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə iyunun 27-də keçirilib.
“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. Proqram Azərbaycanın Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcək. Proqram ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaq.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

