Transxəzər magistralı layihəsi xarici medianın diqqətində
05.06.2019 [08:35]
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi istiqamətində icra etdiyi “Azerbaijan Digital HUB” proqramı və proqram çərçivəsində həyata keçirilən Transxəzər magistralı layihəsi xarici mətbuatın diqqətindədir.
Transxəzər magistralı layihəsi ilə bağlı Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası sazişin imzalanması və hər iki dövlət tərəfindən təsdiqlənməsi barədə xəbər Çinin Hong Kong şəhərində fəalliyyət göstərən və bu ölkənin qlobal “Bir Kəmər Bir Yol Təşəbbüsü” layihəsi barədə xəbər, təhlil, müxtəlif baxış bucaqlarının təqdim olunduğu “Belt and Road News” portalında verilib.
Məlumatda Transxəzər magistralı layihəsi üzrə Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabelin çəkilməsini nəzərdə tutan dövlətlərarası sazişin Qazaxıstan hökuməti, daha öncə isə Azərbaycan Respublikası tərəfindən təsdiq edildiyi, layihənin Azərbaycan tərəfdən ölkənin ilk mobil operatoru “Bakcell” şirkətinin törəmə müəssisəsi olan “AzerTelecom” şirkəti, Qazaxıstan tərəfdən isə telekommunikasiya operatorları olan “Transtelecom” və “KazTransCom” şirkətləri tərəfindən icra edildiyi qeyd olunur. Bildirilir ki, layihənin məqsədi Azərbaycan-Qazaxıstan marşrutu üzrə Avropadan Çinə qədər Azərbaycan və Qazaxıstandan keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılması, Orta Asiya və Çinə internet trafikinin ötürülməsidir. Layihənin Çinin təşəbbüskarı olduğu “Belt and Road Initiative” (BRI) layihəsinə də öz töhfəsini verəcəyi və Azərbaycanı “Belt and Road Initiative” (BRI) layihəsinin telekommunikasiya dəhlizinə çevriləcəyi qeyd olunur.
“Digital HUB” proqramına hazırda Asiya regionunun böyük dövlətləri tərəfindən mühüm maraq vardır. Bu yaxınlarda Çinin paytaxtı Pekin şəhərində keçirilmiş “Bir Kəmər Bir Yol” 2-ci Beynəlxalq Forumu çərçivəsində “AzerTelecom” və Çinin telekommunikasiya nəhəngi “China Telecom” arasında bağlanmış Əməkdaşlıq barədə Memorandum da Çin şirkətlərinin bu layihəyə marağını göstərir.
Qeyd edək ki, “Digital HUB” proqramı özündə Azərbaycanın Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevrilməsi, ölkədə milli rəqəmsal ekosistemin, innovasiya mühitinin inkişafını nəzərdə tutur. Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

