Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
27.04.2019 [10:00]
Aprelin 26-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Eldar İbrahimov gündəliyə yeddi məsələnin daxil olduğunu bildirib.
Əvvəlcə “Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Eldar İbrahimov deyib ki, günün tələbinə uyğun olaraq aqrar sahədə sığortanın geniş tətbiqinə, bu sahədə işlək mexanizmin təmin olunmasına ciddi ehtiyac yaranıb. Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə daxil olmuş yeni qanun layihəsi aqrar sığortanın təkmilləşməsinə xidmət edəcək, ölkədə idxaldan asılılığın azalmasına və ixrac potensialının artmasına təkan verəcək, ərzaq təhlükəsizliyinin güclənməsinə ciddi təsir göstərəcək. “Aqrar sığorta haqqında” Qanun fermerlərin maliyyə mənbələrinə çıxışını da asanlaşdıracaq.
İclasda iştirak edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova qanun layihəsinə münasibətini bildirib, bir sıra təkliflər irəli sürüb. Nazir müavini bildirib ki, elektron kənd təsərrüfatı sistemi qurulub. Hər gün on minlərlə fermer bu sistemdə qeydiyyatdan keçir. Kağız üzərində bəzən eyni predmetlə bağlı birdən çox müqavilə bağlanır. Bu, dövlət vəsaitindən sui-istifadəyə səbəb olur. Amma elektron informasiya sistemində bütün bu hallar aradan qaldırılacaq. Fermer bir təsərrüfata münasibətdə bir müqavilə bağlaya bilər.
Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib ki, Azərbaycanda təxminən 400 minə yaxın fermer kənd təsərrüfatı subsidiyasından istifadə edir. Bu, o deməkdir ki, dövlət vətəndaşa maliyyə dəstəyi verir. Buna baxmayaraq, dövlətin verdiyi maliyyə dəstəyindən sahibkarlıq subyektlərinin təxminən 50 faizi istifadə edir. Bu, o deməkdir ki, vətəndaşların bir çoxunda kiçik torpaq sahələri var, 80 faizi təxminən 2 hektardan az torpağa sahibdir. “Dövlət fondunun yaradılması, dövlət tərəfindən subsidiyaların verilməsi və bütün bu sistemin dövlət-özəl tərəfdaşlığı əsasında qurulması gələcəkdə aqrar sığorta sisteminin uğurlu işləməsinin təminatçısı olacaq”, - deyə M.Əliyev bildirib.
Müzakirə zamanı Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev, deputatlar Hüseynbala Mirələmov, İqbal Məmmədov, Aydın Hüseynov, Novruz Aslan rəy və təkliflərini bildiriblər. Sənəd müsbət dəyərləndirilib. Layihə üzərində bəzi təkmilləşdirmələr aparılması vacib sayılıb. Vurğulanıb ki, “Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşun tələblərinə cavab verir, konseptual baxımdan məqbuldur.
Sonra “Fitosanitar nəzarəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində, Su, Meşə, Torpaq və Şəhərsalma və Tikinti məcəllələrində, “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” qanunlarda, “Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət himayəsi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxılıb.
Müzakirə edilən bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31

