Eldar İbrahimov: Azərbaycan iqtisadiyyatı inkişaf baxımından dünyada ön sıralarda dayanır
26.01.2019 [10:50]
“Ölkəmizdə makroiqtisadi sabitlik təmin olunub. Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf baxımından dünyada ön sıralarda dayanır”. Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, hazırda hökumət iqtisadiyyatın şaxələndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir. Onun sözlərinə görə, respublikamızda qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edilməsinə yönələn tədbirlərin miqyası kifayət qədər genişdir.
“Xüsusilə son vaxtlarda Prezident İlham Əliyevin siyasi iradəsi ilə reallaşdırılan islahatlar, o cümlədən də ixracın və investisiyaların təşviqi mexanizminin işə salınması, ayrı-ayrı sektorlar üzrə strateji yol xəritələrinin qəbul olunması, biznes mühitinin daha da optimallaşdırılması, struktur dəyişikliklərinin aparılması, idarəetmədə çevikliyin artırılması qeyri-neft sektorunda böyük canlanma yaradıb. Ölkəmizdə qeyri-neft iqtisadiyyatı üzrə istehsalın və ixracın genişlənməsi məmnunluq doğurur. Hazırda ölkəmizdə ÜDM istehsalında qeyri-neft sektorunun xüsusi çəkisi 70 faizi ötüb. Halbuki bir vaxtlar Azərbaycan iqtisadiyyatı əsasən neft sektorunun hesabına artırdı. Bütövlükdə, həyata keçirilən məqsədyönlü tədbirlər ölkəmizdə qeyri-neft sektorunun sərmayə cəlbediciliyini artırıb. Son illərdə həmçinin respublikamızın ixracı da əsasən qeyri-neft sektorunun hesabına genişlənir. 2018-ci ildə dövlət dəstəyi hesabına xarici ölkələrə 11 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri xarici ölkələrdə təşkil olunmuş 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak ediblər. Bu tədbirlər çərçivəsində ABŞ, Almaniya, BƏƏ, Çexiya, Qətər və digər ölkələrə Azərbaycan istehsalı olan meyvə-tərəvəz, nar şirəsi, şərab, ət məhsulları, quru süd, fındıq, qənnadı məhsulları, bal, çay, həmçinin Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 50-dən çox müqavilə imzalanıb və razılaşma əldə olunub. Görülmüş tədbirlər nəticəsində 2018-ci ildə ölkəmizdən qeyri-neft ixracı 9,8 faiz, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 13,8 faiz, sənaye məhsullarının ixracı 6,2 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərin sayı 56,2 faiz artıb”, - deyə komitə sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31

