Azərbaycan Sahibkarlar Konfederasiyasının V Qurultayı keçirilib
20.12.2018 [10:17]
Dekabrın 19-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V Qurultayı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl qurultay iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar.
Şəhidlər xiyabanına gələn qurultay iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Sonra ASK prezidenti Məmməd Musayev qurultayı açıq elan edib və Qurultay Azərbaycan himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Nazir qeyd edib ki, iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının dəstəklənməsi Azərbaycan Respublikası Prezidentinin daim diqqətindədir və ölkəmizdə qeyri-neft sektoru üzrə istehsalın və ixracın artırılması, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, dövlət-sahibkar münasibətlərinin inkişafı, biznesə yeni dəstək mexanizmlərinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Qeyd olunub ki, sahibkarlığa dövlət dəstəyi sisteminin tərkib hissəsi kimi sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, ixrac missiyalarının təşkili və digər tədbirlər ölkəmizdə sahibkarlığın davamlı inkişafının təmin olunmasında və özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artmasında mühüm rol oynayır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin payı artaraq ÜDM-də 84 faizə yaxın, məşğulluqda isə 76 faiz təşkil edir.
Görülmüş tədbirlər beynəlxalq hesabatlarda da öz müsbət əksini tapır. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumun sosial və iqtisadi məsələlər üzrə üçtərəfli Komissiya çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlığı barədə məlumat verib. Bildirilib ki, şəffaf biznes və sağlam rəqabət mühitində sahibkarlığın genişlənməsinə əlverişli şərait yaradılması Azərbaycanın dinamik və uzunmüddətli inkişafı məqsədilə aparılan uğurlu siyasətin əsas istiqamətlərindəndir. Bu siyasət milli iqtisadiyyatda, eyni zamanda, insan kapitalının inkişafında, yeni iş yerlərinin yaradılmasında, əmək bazarının inkişafında, məşğulluq səviyyəsinin yüksəldilməsində özəl sektorun rolunun əhəmiyyətli şəkildə artmasına səbəb olub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev təmsil etdiyi qurum ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edib, sahibkarlıq subyektlərində işçilər üçün əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılmasının əhəmiyyətini, sosial məsuliyyətin vacibliyini, sahibkarların sosial məsələlərin həllində rolunu vurğulayıb.
Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə direktoru Aliyə Əzimova təşkilatın qeyri-neft sektorunun inkişafına və sahibkarlığın dəstəklənməsinə göstərdiyi investisiya və məsləhət xidmətləri, bu istiqamətdə aidiyyəti qurumlarla həyata keçirilən əməkdaşlıq tədbirləri barədə məlumat verib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son dövrlərdə ölkəmizdə sahibkarlıq sahəsində həyata keçirilən effektli islahatlar və qəbul edilən qanunvericilik aktlarının sahibkarlığın inkişafında önəmli rolunu diqqətə çatdırıb, özəl bölmənin və biznes mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə fikirlərini bölüşüb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sahibkarlığın inkişafı ilə bağlı qəbul edilən qərarların iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıdığını və kiçik və orta sahibkarlığın inkişafı üçün yeni imkanlar açdığını vurğulayıb.
Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının sədri, Moldova Sənayeçilər və Sahibkarlar Milli Konqresinin prezidenti Vasili Tarlev Azərbaycanda iqtisadi sahədə əldə olunmuş nailiyyətləri vurğulayaraq, Moldova sahibkarlarının azərbaycanlı sahibkarlarla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti sahibkarlığın genişləndirilməsi və inklüziv əmək bazarının inkişafı üçün yeni imkanlar yaradır.
Qurultayda, həmçinin Türkiyə-Azərbaycan Biznes Şurasının (DEİK) sədri Selçuk Akat, Gürcüstan İşəgötürənlər Assosiasiyasının prezidenti Elquca Meladze, Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin (MKPP) vitse-prezidenti Vyaçeslav Pşeniçnikov çıxış edərək qurultayın işinə uğurlar arzulayıblar.
Sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin hesabat çıxışı dinlənilib. Qeyd edilib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası ölkədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və milli iqtisadiyyatın inkişafına istiqamətlənən bütün qərar və proqramların icrasında fəal iştirak edir. Hazırda konfederasiyanın tərkibinə 6000-dən artıq sahibkarlıq subyekti, o cümlədən 70-ə qədər iqtisadi və sosialyönümlü assosiasiya, holdinq, birlik, ittifaq və qeyri-hökumət təşkilatı, iri şirkətlər, banklar, sığorta təşkilatları və qrupları daxildir. Məmməd Musayev konfederasiyanın əvvəlki qurultaydan ötən müddətdə gördüyü işlər barədə qurultay iştirakçılarına məlumat verib.
Bundan sonra ASK-nın nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib, idarə heyətinin və rəyasət heyətinin yeni tərkibi formalaşıb, ASK-nın prezidenti və vitse-prezidentləri, nəzarət-təftiş komissiyasının sədri seçilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Nizamnaməsinə təklif olunan əlavə və dəyişikliklər qəbul edilib ki, bu da konfederasiyanın idarə olunmasının təkmilləşdirilməsinə, idarəetmədə operativliyin gücləndirilməsinə xidmət edir.
Açıq səsvermə zamanı qurultay nümayəndələrinin yekdil qərarı ilə Məmməd Musayev yenidən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti seçilib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V Qurultayının iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilib. Müraciətdə sahibkarlar onlara göstərilən qayğıya və davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirib və ölkə başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizin davamlı inkişafı, dayanıqlı və sağlam bazar münasibətlərinin formalaşdırılması istiqamətində konfederasiyanın fəaliyyətini səylə davam etdirəcəyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

