Ümumi Daxili Məhsulun strukturunda qeyri-neft bölməsinin payı artır
29.10.2009 [10:03]
Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasəti nəticəsində respublikamız 2009-cu ilin ötən üç rübü ərzində bütün makroiqtisadi parametrlər üzrə yüksək inkişaf templəri əldə edib. ötən dövrdə əldə olunmuş sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafının təmin edilməsini özündə ehtiva etmiş olur. İqtisadi qüdrətinə görə, dünyanın supergücləri sayılan ölkələr və ən inkişaf etmiş bütün dövlətlər 2009-cu ili maliyyə və iqtisadi böhran ili kimi xarakterizə etsələr də, bu dövr Azərbaycan üçün uğurlu iqtisadi-siyasi-sosial tarixi dövr kimi yadda qalıb.
2009-cu ilin makroiqtisadi göstəriciləri respublikamızda düşünülmüş iqtisadi strategiyanın davam etdirilməsinin məntiqi nəticəsi sayıla bilər və bir daha hökumətin iqtisadi islahatları uzunmüddətli və böhran dövründə davamlı şəkildə həyata keçirmək qətiyyətini təsdiqləyir. ötən dövrdə əsas makroiqtisadi indikator olan ümumi Daxili Məhsulun (üDM) istehsalı 23 milyard 427 milyon manatı ötüb. üDM-in artım tempi ötən illə müqayisədə 6,1 faiz təşkil edib. Milli məhsulun strukturunda sənaye məhsulunun artımı daha çox müşahidə olunur. Sənaye istehsalının artım dinamikası demək olar ki, üDM-in artımına bərabərdir. 2009-cu ilin 9 ayında ərzində sənaye mallarının artım dinamikası 5 faiz artaraq ümumi istehsal həcmi 15 milyard 625 milyon manata yaxın olub. Bu faktor yaxın illər üçün postsənayeləşmənin başlanmasına dərin zəmin yaradır. Bu isə qeyri-neft sektorunda sənaye sahəsinin iqtisadiyyatın bazasını təşkil edəcəyi əminliyini möhkəmləndirir.
ümumiyyətlə, üDM-in strukturunda qeyri-neft bölməsi dinamik inkişafına görə daha çox fərqlənir. Qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilən kənd təsərrüfatında iqtisadi artım 3 faizə yaxın təşkil etməklə, ümumilikdə kənd təsərrüfatı məhsullarının həcmi 2 milyard 871 milyon manatdan çox olub. Aqrar sahə iqtisadiyyatın inkişafını təmin etməklə bərabər siyasi-iqtisadi siyasətin həyata keçirilməsində əsas faktorlardan birinə çevrilmiş olur. ötən ilin böhran tendensiyası və bir çox dövlətlərin zəruri qida resursları ilə təminatda problemlərlə üzləşməsi kənd təsərrüfatının sabit və dayanıqlı iqtisadiyyat üçün hansı əhəmiyyət daşıdığını ortaya qoydu. Beynəlxalq təcrübədən də təsdiq olunub ki, hansısa ölkənin sabit və təhlükəsiz inkişafı birbaşa kənd təsərrüfatı ilə bağlıdır. Respublikamızın ərzaq təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verən hökumət aqrar bölmənin inkişafı üçün həm dövlətin maliyyə dəstəyini artırıb, həm də maliyyə qurumlarının bu sahəyə kredit axınlarını sürətləndirməyə yönələn siyasəti gücləndirib. Aqrar sahə əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində həlledici rol oynadığından hökumət kənd təsərrüfatı mülkiyyətçilərinə güzəşt və yardımları hər il artırır.
ümumi Daxili Məhsulun strukturunda rabitə və informasiya texnologiyalarının da payı yüksəlib. Bu sahədə artım 11 faizə yaxın olub. Rabitə bölməsində istehsal olunmuş məhsulun və göstərilmiş xidmətlərin ümumi həcmi 731 milyon manat təşkil edib. ümumiyyətlə, digər qeyri-neft bölmələrində inkişafın müşahidə olunması iqtisadiyyatın artım dinamikasını şərtləndirən başlıca faktorlardan biri kimi dəyərləndirilə bilər.
2009-cu ilin ötən 9 ayı ərzində sosial məsələlər hökumətin əsas diqqət mərkəzində olub və büdcənin real gəlirləri ilk növbədə bu sahəyə yönəldilməkdədir. Bu dövrdə əhalinin pul gəlirləri 9 faizə yaxın olub. Qeyd olunan dövrdə, orta aylıq əməkhaqqı 15 faiz artıb və bir işçiyə hesablanmış əməkhaqqının məbləği 297 manata yaxın olub.
İnflyasiya isə 2 faiz təşkil edib. Əhalinin 10 faizlik pul gəlirlərinin müqabilində istehlak qiymətləri indeksinin 2 faiz olması sosial baxımdan əhali üçün müsbət tendensiya kimi qeyd oluna bilər. Qeyd olunan dövrdə, hökumət bütün bölmələrdə iqtisadi fəallığı artırmağa nail olub, sosial layihələri, investisiya və infrastruktur proqramlarını uğurla başa çatdırıb. 2009-cu ilin ötən ayları ərzində digər bölmələrdə müşahidə olunan artım tempi və makroiqtisadi mənzərə davamlı islahatların uğurlu məntiqi nəticəsi kimi dəyərləndirilə bilər.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

