Azərbaycan nümayəndə heyəti Çinə səfər çərçivəsində bir sıra görüşlər keçirib
08.11.2018 [09:19]
Çində səfərdə olan iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti görüşlərini davam etdirir.
AZƏTRAC xəbər verir ki, Ukrayna Baş nazirinin müavini Stepan Kubiv ilə görüşdə Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında əlaqələrin genişlənməsində Hökumətlərarası Komissiyanın fəaliyyəti qeyd olunub, sənaye, əczaçılıq, energetika, turizm və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşdə, həmçinin SOCAR-ın Ukraynadakı uğurlu fəaliyyəti vurğulanıb, beynəlxalq nəqliyyat dəhlizlərindən, o cümlədən “Şimal-Cənub” dəhlizindən istifadə imkanları, tranzit yükdaşımalarının artırılması məsələləri müzakirə edilib.
Nazir Şahin Mustafayev Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinin inkişaf etdiyini, bunun üçün müvafiq müqavilə-hüquqi baza yaradıldığını, ticarət dövriyyəsinin genişlənməsi üçün böyük potensialın olduğunu, Ukraynada Azərbaycan Ticarət Evinin yaradıldığını, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirildiyini vurğulayıb, əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.
Ukrayna Baş nazirinin müavini Stepan Kubiv ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, energetika, əczaçılıq, vaqon istehsalı, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, ölkəmizin Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iştirak ediblər.
Çinin Dövlət Gömrük Administrasiyasının sədr müavini Li Quo ilə görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çinlə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, Birinci Çin Beynəlxalq İdxal Sərgisinin və sərgidə Azərbaycan şirkətlərinin iştirakının əməkdaşlığın inkişafında önəmini vurğulayıb. Görüşdə qeyd edilib ki, 2017-ci ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 20 faiz artıb. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 46 faizi Azərbaycanın payına düşür. Azərbaycanın Çində ticarət nümayəndəsi, Urumçidə Azərbaycan Şərab və Lucouda Azərbaycan Ticarət evləri fəaliyyət göstərir, Çinə ixrac missiyaları təşkil edilir. Noyabrın 7-də isə Şanxayda Azərbaycan Şərab Evi açılıb. Azərbaycan məhsullarının Çinə ixracının genişləndirilməsinə dair fikirlərini bildirən Şahin Mustafayev gömrük sahəsində əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin mühüm istiqamətlərindən olduğunu qeyd edib, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün İşçi Qrupunun yaradılmasını təklif edib.
Çinin Dövlət Gömrük Administrasiyasının sədr müavini Li Quo təklifi razılıqla qarşılayıb, Çinin Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu, bunun üçün gömrük orqanları arasında əməkdaşlığın inkişafının önəmini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqələrin inkişafı da hər iki tərəf üçün faydalı ola bilər. Li Quo qeyd edib ki, Çinin Dövlət Gömrük Administrasiyası Azərbaycanın analoji qurumu ilə təcrübə, qida təhlükəsizliyi və statistika sahələrində məlumat mübadiləsində maraqlıdır.
Gömrük, qida təhlükəsizliyi və statistika sahələrində əməkdaşlığın inkişafına, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Çinə ixracına dair müzakirələrin aparıldığı görüşdə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin sədr müavini Elşən Əsədov, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iştirak ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

