/ / İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatının təmsilçiləri Bakıda toplaşıb
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatının təmsilçiləri Bakıda toplaşıb
10.10.2018 [08:40]
Oktyabrın 9-da Bakıda ECOSAI-ın (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatı) İdarə Heyətinin 23-cü və Təlim Komitəsinin 18-ci toplantısı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirin ilk günü ECOSAI-ın İdarə Heyətinin və Təlim Komitəsinin toplantısının iştirakçıları Fəxri xiyabanda olub, Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov toplantının məqsədi, mövzusu barədə məlumat verib və ali audit qurumlarının fəaliyyəti üçün əhəmiyyətindən danışıb.
Sədr bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumlarının Birliyi yarandığı gündən bu günə qədər böyük işlər görüb və öz məqsədlərinə nail olub. Bu baxımdan ECOSAI-ın İdarə Heyətinin Toplantısı çox önəmli hadisədir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Hesablama Palatası 2002-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumlarının Birliyinin (ECOSAI), 2016-cı ildən etibarən isə təşkilatın İdarə Heyətinin üzvüdür: “ECOSAİ-ın himayəsi altında aparılan intensiv bilik və təcrübə mübadiləsi sayəsində qurumlarımız arasında artıq mövcud olan xoş münasibətləri daha da gücləndirə və ölkələrimizin rifahının yüksəldilməsi naminə gördüyümüz fəaliyyətləri daha da təkmilləşdirə bilərik. Bu məqsədlə təşkilat çərçivəsində toplantılar, təlimlər, seminarlar keçirilib və üzv AAQ-lar bu tədbirlərdə fəal iştirak ediblər”.
ECOSAI-ın, eləcə də, Türkiyə Cümhuriyyəti Hesablama Məhkəməsinin prezidenti Seyit Ahmet Baş bildirib ki, toplantının qəbul edilmiş gündəliyinə əsasən ECOSAI-ın baş katibinin 2017-2018-ci il üzrə fəaliyyət hesabatı və Katiblik tərəfindən 2017-ci il dekabrın 31-də bitən il üzrə ECOSAI-ın İllik Hesabatları təqdim edilib.
ECOSAI-ın Təlim Komitəsinin 18-ci toplantısına həsr olunan iclasda isə Təlim Komitəsinin hesabatından sonra ECOSAI-ın xəbər bülleteninin nəşri haqqında Pakistan AAQ-ının məlumatı dinlənilib, ECOSAI-ın ASOSAI-ın regional üzvü olması istiqamətindəki fəaliyyəti ilə bağlı yeniliklər, üzv AAQ-lar arasında imzalanmış Anlaşma Memorandumları haqqında, bəzi üzv AAQ-ların rəhbərlərinin ECOSAI-ın İdarə Heyətinin toplantısında və Assambleya toplantılarında iştirak etməməsi barədə, ECOSAI-ın təlim fəaliyyətləri üçün İslam İnkişaf Bankından maliyyə dəstəyi alınması (Donor təşkilatlardan maliyyələşmə) istiqamətində görülmüş işlər barədə məlumatlar, eləcə də, birgə auditin (birgə və paralel audit) keçirilməsinin mümkünlüyü məsələsi müzakirə edilib.
Nümayəndə heyətlərinin rəhbərləri və üzvləri - Türkiyə Cümhuriyyəti Hesablama Məhkəməsinin prezidenti Seyit Ahmet Baş, Türkiyə Cümhuriyyətinin baş prokuroru Mürsəl Ali Kaplan, Hesablama Məhkəməsinin əməkdaşı Ümit Keskin, Strategiya şöbəsinin müdiri Hülya Artut, baş auditor Ahmet Akpinar, ekspert auditor Yusuf Ziya Ada, Selçuk Universitetindən Korporativ kommunikasiya əlaqələndiricisi Mustafa Kemal, Pakistan Ali Audit Qurumunun baş auditoru Cavid Cahangir, Əfqanıstan Ali Audit Qurumunun baş auditoru Muhəmməd Şərif Şərifi, Bələdiyyələrin Auditi ofisinin müdiri Mohibullah Ahangar, böyük auditor Mehdi Mohseni, Qazaxıstan Respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin Planlaşdırma, təhlil və hesabatvermə şöbəsinin təhlil və hesabatvermə sektorunun böyük eksperti Maksat Kantarbayev kənar dövlət maliyyə nəzarəti ilə bağlı mühüm nəzəri və praktik məsələlərin müzakirəsində öz fikirlərini bölüşüblər.
ECOSAI-ın və Türkiyə Hesablama Məhkəməsinin prezidenti Seyit Ahmet Başın yekun nitqi ilə toplantının dünənki iclası başa çatıb.
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov toplantı iştirakçılarına işgüzar əməkdaşlıq üçün təşəkkürünü bildirib.
Qeyd olunub ki, 1994-cü ildə yaradılmış ECOSAI təşkilatının əsas məqsədi üzv ölkələrin Ali Audit Qurumları arasında bilik və təcrübə mübadiləsi, habelə seminar, konfrans, praktik məşğələlər və təlim kursların keçirilməsi ilə dövlət sektorunda auditin inkişafına xidmət etməkdir.
Toplantı oktyabrın 10-da Azərbaycan Respublikası Hesablama Palatasında davam edəcək.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

