EnterpriseAzerbaycan portalı ictimaiyyətə təqdim edilib
03.10.2018 [08:44]
Oktyabrın 2-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən yaradılan “www.enterpriseazerbaijan.com” portalının təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı portalı mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli və əlverişli məkan olaraq Azərbaycandakı investisiya layihələri, startaplar, əmlak, səhm, torpaq və digər aktivlər barədə məlumat bankı adlandırıb.
“Bu gün bütün dünyada verilən əsas sual budur ki, biznes aktivləri, yoxsa birləşdirici platforma daha üstündür? Facebook, Airbnb, Uber, Alibaba kimi layihələr göstərir ki, rəqəmsal platformalar nə dərəcədə vacibdir. Bu baxımdan “www.enterpriseazerbaijan.com” portalının ərsəyə gəlməsi və Azexport və Rəqəmsal Ticarət Qovşağı ilə ekosistem təşkil etməsi təsadüfi deyil. İşəgötürənlər “insan buludu”ndan (human cloud) istifadə edərək sifarişlərini verirlər. Dünyanın hər yerindən professionallar təklif edəcəkləri xidmətləri və layihələri “insan buludu”nda yerləşdirirlər ki, reallaşdırsınlar. Beləliklə “www.enterpriseazerbaijan.com” həm də “insan buludu” platforması rolunda çıxış edərək, promoterlər və investorları birləşdirəcək. EnterpriseAzərbaycan P2P platforması kimi investisiyalar bazarına çıxışı asanlaşdırır, investisiya cəlbi üçün sərf olunan resursları qənaət edir, xərcləri azaldır. Çünki portal “robot-məsləhətçi” alqoritminin tətbiqini nəzərdə tutur. Gələcəkdə hətta EnterpriseAzərbaycanda blokçeyn texnologiyalarının istifadə edilməsi də nəzərdən keçirilir. EnterpriseAzərbaycan ölkədə sahibkarların yeni biznes əməliyyat modeli üzərində inkişafına dəstək verəcək: İstehlakçı-mərkəziyyəti, data əsaslı inkişaf, talantizm və biznesin iyerarxik strukturundan şəbəkə modelinə keçid.
EnterpriseAzərbaycanın razılığa gəldiyi dünyada aparıcı mələk, toxum və vençur sərmayədarlar ölkəmizdəki biznes layihələri maliyyələşdirmək üçün müzakirələrə hazırdırlar. Bu yolla EnterpriseAzərbaycan ölkədə startap hərəkatına yeni təkan verməyi planlayır”, - deyə icraçı direktor bildirib.
V.Qasımlı yerli layihə müəlliflərini, sahibkarlar və sərmayədarları “www.enterpriseazerbaijan.com” portalı ilə yaxından əməkdaşlığa dəvət edib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, “Goldenpay” şirkətinin yaradıcısı Fərid İsmayılzadə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Estoniya İnvestisiya Agentliyinin direktorları Allan Selirand və Jaan Heinsoo çıxış ediblər.
Tədbir çərçivəsində İİTKM-in “www.enterpriseazerbaijan.com” portalı ilə “Enterprise Estoniya” sahibkarlığın inkişafına yardım fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Təqdimat mərasimi zamanı “www.enterpriseazerbaijan.com” portalının mahiyyətindən bəhs edən videoçarxlar nümayiş olunub. Portalın ulduz səfiri Azərbaycan futbolunun ulduzu Qurban Qurbanov ictimaiyyəti Enterpriseazerbaijan portalı ilə bağlı düzgün hədəfi seçməyə çağırıb. Beynəlxalq qurumların və xarici biznes nümayəndələri - Rusiya elektron pul və pul köçürmələri assosiasiyasının prezidenti Viktor Dostoy, OrientSwiss şirkətinin Qazaxıstan nümayəndəliyinin direktoru Sardor Muhamadaliyev, Buxarest universitetinin Departament direktoru Emerita Mariana, Tailandın elektron biznes mərkəzinin icraçı direktoru Kultriak Pakavarkrilers, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya üzrə direktoru Bill Tomson, “Finding My Place” təşkilatının həmtəsisçisi İngrid Rostenin çıxış etdiyi videoçarxda isə EnterpriseAzerbaycan portalının əhəmiyyətindən danışılıb.
Təqdimat mərasimində dövlət və özəl qurumların, ictimaiyyət, eləcə də xarici ölkə nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, EnterpriseAzerbaycan portalı Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platformadır.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

