Şahin Mustafayev: Çexiyada Azərbaycan Ticarət Evinin yaradılması imkanları araşdırılacaq
13.09.2018 [09:22]
Çexiyada Azərbaycan Ticarət Evinin yaradılması imkanları araşdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Çex Respublikasının sənaye və ticarət naziri xanım Marta Novakovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Görüşdə Ş.Mustafayev Azərbaycan və Çexiya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyərək ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında 2015-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə, müxtəlif sahələrdə, o cümlədən ticarət, iqtisadi, ikiqat vergitutma, sərmayələrin təşviqi və qorunması sahələrində 25 sənəd imzalanıb.
Azərbaycan və Çexiya arasında Hökumətlərarası Komissiyanın fəaliyyət göstərdiyini qeyd edən nazir komissiyanın növbəti iclasının Çexiyada keçiriləcəyini bildirib. Qeyd edib ki, ölkələrimiz arasında ticarət əlaqələri genişlənir və ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir və çex şirkətləri ölkəmizdə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Mərkəzi Avropa üzrə Azərbaycan ticarət nümayəndəsinin təyin olunması Çexiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafında önəmli mexanizmdir. Bununla yanaşı, Çexiyada Azərbaycan Ticarət Evinin yaradılması imkanları da araşdırılacaq.
Bildirilib ki, Azərbaycan və Çexiyanın sənaye, tranzit, İKT, maliyyə, sığorta, turizm sahələrində əməkdaşlıq imkanları genişdir. Belə ki, Azərbaycanda yaradılmış sənaye parklarında və sənaye məhəllələrində Çexiya şirkətləri iştirak edə, birgə müəssisələr yaradıla bilər. Kimya sahəsində əməkdaşlıq imkanları genişdir və bunun üçün Azərbaycanda ixtisaslaşmış Sumqayıt Kimya Sənaye Parkı, polietilen və propilen istehsal edən zavod fəaliyyət göstərir. Bundan başqa, Çexiya Azərbaycanın nəqliyyat infrastrukturu və tranzit imkanlarından istifadə edə, əczaçılıq sahəsində əməkdaşlıq həyata keçirilə bilər.
Çex Respublikasının sənaye və ticarət naziri xanım M.Novakova Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini, Çexiyanın ölkəmizlə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Bu sahədə fikirlərini bölüşən nazir sənayenin müxtəlif sahələri, tikinti, turizm, logistika, İKT, birgə müəssisələrin yaradılması sahələrində qarşılıqlı əməkdaşlıq imkanlarını qeyd edib. O, Praqada və Çexiyanın digər şəhərlərində Azərbaycanın Ticarət evlərinin açılmasında maraqlı olduqlarını diqqətə çatdırıb, bunun ticarət əlaqələrinin genişləndirilməsi və Azərbaycan məhsullarının Çexiyaya ixracının artırılmasında önəmini qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59

