/ / Yeni tariflərin tətbiqi nəqliyyat infrastrukturunun maliyyə təminatının daha da yaxşılaşdırılmasına müsbət təsir göstərəcək
Yeni tariflərin tətbiqi nəqliyyat infrastrukturunun maliyyə təminatının daha da yaxşılaşdırılmasına müsbət təsir göstərəcək
02.08.2018 [08:40]
Bu, vətəndaşların daha rahat və təhlükəsiz nəqliyyat vasitələri ilə daşınmasına töhfə verəcək
Artıq dünəndən ölkəmizdə ictimai nəqliyyatda və metroda xidmətlər üzrə yeni tariflər tətbiq olunur. Xatırladaq ki, Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənən yeni tariflərə əsasən metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpikdir.
Vurğulamaq yerinə düşər ki, ölkəmizdə müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilmişdi. Tarif Şurasının yaydığı məlumatda da göstərilir ki, ötən dövrdə ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillər nəzərə alınıb. Bu səbəbdən də Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına edilən müraciətlərə baxılıb və qeyd edilən qərar təsdiq olunub.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Sevinc Hüseynova Tarif Şurasının yeni qiymət tənzimlənməsinin anlaşılan olduğunu qeyd edib. Onun sözlərinə görə, MDB məkanında ən aşağı tariflərdən biri məhz Azərbaycandadır. Hətta yeni qiymətlərin tətbiqindən sonra da ölkəmizdə sərnişindaşımanın qiymətləri digər ölkələrə nisbətən çox ucuzdur: “Mütləq şəkildə yeni reallıqlar nəzərə alınmalıdır. Nəqliyyat infrastrukturu yenidən qurulub, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun şəkildə formalaşdırılıb. Bu gün sərnişinlərin rahatlığının təmin olunması üçün müasir standartlara cavab verən qatarlar, avtobuslar gətirilib. Bu baxımdan xərclər də artır. İnanıram ki, qarşıdakı dövrdə biz bu sahələrdə daha yüksək xidmətin şahidi olacağıq. Ümumiyyətlə, tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsinə təsir göstərəcək. Vurğuladığım kimi, bu həm də adıçəkilən sahələrin maliyyə təminatının yüksək səviyyəyə çatmasına yaxından kömək edəcək. Ölkəmiz inkişaf edir, vətəndaşların rahat şəkildə nəqliyyatdan istifadə etməsi, müasir, komfort avtobuslarla və metro qatarları ilə daşınması təmin olunur. Bu mənada, yeni tariflərin tətbiqi istər nəqliyyat və sərnişindaşımanın, istərsə də metronun gələcək inkişafında əsaslı rol oynayacaq”.
Yeni qiymət tənzimlənməsinə münasibət bildirən Milli Məclisin deputatı Kamilə Əliyeva da Tarif Şurasının bu qərarının ictimai nəqliyyat və metro ilə sərnişin daşınmasında inkişafa xidmət göstərdiyini dilə gətirib. Onun sözlərinə görə, artıq uzun müddət idi ki, bu sahələrdə qiymət tənzimlənməsi həyata keçirilmirdi: “Avtobus marşrutları ilə sərnişin daşınmasının tarifləri 2007-ci ildə, metro ilə sərnişin daşınmasının tarifləri isə 2011-ci ildə təsdiq edilmişdi. Aradan müəyyən müddət keçib. Bu sahələrdə son dövrlərdə yaşanan inkişafa hər kəs şahiddir. Yeni avtobusların alınması, daha rahat və komfortlu metro qatarlarının ölkəmizə gətirilməsi, təmiri, onlara göstərilən xidmət isə yüksək maliyyə tələb edir. Bu mənada yeni qiymət tənzimləmələrini anlamaq mümkündür. Əslində, statistik rəqəmlərə də diqqət yetirsək, hazırkı qiymət də istər postsovet məkanında, istərsə də ümumiyyətlə yaxın region ölkələrində ən aşağı tariflərdir. Məsələn, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada, Qazaxıstanda, Belarusda, Gürcüstanda, qardaş ölkə olan Türkiyədə bizdən bahadır. Eləcə də avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifləri də bu ölkələrdə kilometrinə görə daha yüksək dəyərə malikdir. İnanıram ki, yeni tənzimləmələr bu sahələrin daha yüksək inkişafına yaxından kömək edəcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

