Hesablama Palatası altı ayda həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələrini açıqlayıb
31.07.2018 [09:44]
Hesablama Palatası 6 ay ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələrini açıqlayıb.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2018-ci ilin iş planına əsasən Hesablama Palatasının Kollegiyası 34-ü audit və 1-i analitik təhlil olmaqla 35 nəzarət tədbirinin başlanılması, həmçinin 1-i müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun məxfi qaydada olmaqla 17 auditin nəticələri ilə bağlı qərar qəbul edib.
Hesabat dövründə nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlər üzrə müvafiq zəruri addımların atılması məqsədilə 18 quruma kollegiya qərarının surəti, 1 quruma isə təqdimat göndərilib.
Hesablama Palatasının 2018-ci ilin ilk yarısında həyata keçirdiyi nəzarət tədbirləri 3,2 milyard manat məbləğində vəsaiti əhatə edib. Həmin vəsaitlərin 32,5 faizini dövlət büdcəsinin və 2,4 faizini büdcədənkənar fondlarının büdcəsinin xərcləri, 14,2 faizini dövlət zəmanəti ilə alınmış daxili və xarici kreditlər, 50,9 faizini isə dövlət mülkiyyətində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyəti və təşkilatların funksional fəaliyyəti ilə bağlı vəsaitlər təşkil edib.
Dövlət büdcəsi üzrə əhatə edilən vəsaitin nəzərəçarpacaq hissəsi 2016-2017-ci illərdə icra edilmiş xərclər üzrə olub. Belə ki, cəmi məbləğin 42,3 faizi 2016-ci ilə, 55,3 faizi 2017-ci ilə aid olmuş, 0,3 faizi 2018-ci ili və qalan 2,1 faizi isə 2011-2015-ci illəri əhatə edib.
Hesabat dövründə Hesablama Palatasının nəzarət tədbirləri dövlət büdcəsinin funksional təsnifatı üzrə 14 bölməsindən 8-ni əhatə edib.
Əhatə edilmiş vəsaitin 96,1 faizi dövlət büdcəsinin mərkəzləşdirilmiş, 3,9 faizi isə büdcənin yerli xərcləri üzrə olub.
Hesabat dövründə aparılmış nəzarət tədbirlərinin 14-ü Bakı şəhərində, 3-ü respublikanın ayrı-ayrı şəhər və rayonlarında aparılıb.
Hesabat dövründə başa çatdırılmış auditlərin nəticələri təhlil edilib və ümumilikdə 232 halda nöqsan müəyyənləşdirilib.
Təhlil göstərir ki, nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlər üzrə büdcə qanunvericiliyinin tələblərinin pozulması hallarına daha çox rast gəlinib. Bu nöqsanlarla yanaşı dövlət satınalmaları, mühasibat uçotu və hesabatlılıq, həmçinin əsaslı vəsait qoyuluşları ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi hallarının da payı böyükdür.
Hesabat dövrü ərzində dövlət satınalmalarının keçirilməsi zamanı inzibati xəta hallarının müəyyən edilməsi ilə 2 nəzarət tədbiri ilə bağlı müvafiq materiallar aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Nəticələri ilə bağlı kollegiya qərarı qəbul olunmuş tədbirlər üzrə 4,7 milyon manat və artıq ödənilmiş vergi məbləğlərindən azaldılması yolu ilə 2,2 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə, 87,2 min manat məbləğində vəsaitin isə büdcədənkənar fondların büdcəsinə bərpası təmin edilib.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

