Kənd Təsərrüfatı Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi anlaşma memorandumu imzalayıb
28.07.2018 [09:35]
İyulun 27-də Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında qida təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi kənd təsərrüfatı naziri İnam Kərimov və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıb.
Memorandumda qurumlar arasında kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində əməkdaşlığı və məlumat mübadiləsini inkişaf etdirmək nəzərdə tutulur. Memorandumda, həmçinin əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər qida zəncirinin bütün mərhələlərində mütəxəssislərin iştirakı ilə sanitar, baytarlıq və fitosanitar norma və qaydaların təhlilinin aparılmasına, nəticələrin ümumiləşdirilərək bu sahədə qüvvədə olan norma və qaydaların beynəlxalq standartlara uyğunlaşdırılmasına dair birgə təkliflər hazırlayacaq, qida zənciri boyu bütün potensial təhlükələrin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün birgə tədbirlər həyata keçirəcək.
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi böhran vəziyyətlərində qida təhlükəsizliyinin çevik qiymətləndirilməsi, idarə edilməsi və xəbərdarlıq prosedurlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayacaq, risklər barədə maraqlı tərəflərin məlumatlandırılması formalarını müəyyənləşdirəcək.
Kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, son illər Prezident İlham Əliyev tərəfindən ölkəmizdə qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bununla da kənd təsərrüfatı sahəsində sosial-iqtisadi göstəricilər yüksəlib və respublikada bu sahənin inkişafı prosesində əhəmiyyətli uğurlar əldə olunub.
Nazir ölkədə qida təhlükəsizliyinin təminatı sahəsində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bu prosesdə iştirak edən dövlət qurumları arasında əməkdaşlığın və məlumat mübadiləsi aparılmasının vacib olduğunu deyib. O deyib ki, anlaşma memorandumu çərçivəsində hər iki qurum insan sağlamlığının qorunmasında kənd təsərrüfatı məhsullarının istehsalı, idxalı və ixracı zamanı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş prinsip və normalara əməl olunmasını, qida zəncirinin bütün mərhələlərində xidmətlərin keyfiyyətinin artırılmasını təmin edəcək.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli memorandumun dövlət başçısının həyata keçirdiyi islahatların iqtisadi sahədə, o cümlədən kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində səmərəliyinin daha da artırılması məqsədi daşıdığını bildirib. Qeyd edib ki, milli iqtisadiyyat perspektivləri üzrə həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorunda müasir standartların tətbiqi kənd təsərrüfatının inkişafı ilə yanaşı qida təhlükəsizliyinin təmin olunmasına nəzarət imkanlarını da genişləndirməkdədir. Azərbaycanın kənd təsərrüfatı və qida sahəsi üzrə həyata keçirilən tədbirlər daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz qida məhsullarının istehsalına kömək göstərəcək.
“İki qurumun bundan sonra daha səmərəli şəkildə fəaliyyəti Azərbaycan ərazisində kənd təsərrüfatı sahəsində, eyni zamanda, qida təhlükəsizliyi sahəsində həyata keçiriləcək tədbirlərin daha da proqressiv, islahatyönümllü, şəffaf və iqtisadiyyata töhfə verəcək xarakter daşıyır. Hesab edirəm ki, bugünkü memorandumun nəticəsi bilavasitə Azərbaycan ərazisində kifayət qədər əhalinin lazımi səviyyədə ərzaqla təmin olunmasına və həmin qidanın təhlükəsiz şəkildə əhaliyə çatdırılmasına imkan yaradacaq”, - deyə Q.Təhməzli vurğulayıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

