/ / İqtisadiyyat Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirdiyi müsabiqənin nəticələri açıqlanıb
İqtisadiyyat Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirdiyi müsabiqənin nəticələri açıqlanıb
25.07.2018 [09:37]
İqtisadiyyat Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı KİV nümayəndələri arasında “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda keçirdiyi müsabiqənin nəticələri açıqlanıb.
Nazirlik rəsmilərinin və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu il yaranmasının 100-cü ildönümünü qeyd olunan və müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşasa da, milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün zəmin yaratdığını deyib. Bildirib ki, Cümhuriyyət dövründə milli ordu quruculuğu, maarif və mədəniyyət, xaricdə təhsil sahələrində, eləcə də ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində mühüm işlər görülüb. Belə ki, o dövrdə neft sənayesi ağır vəziyyətdən çıxarılıb, bir çox infrastruktur layihələri reallaşdırılıb, milli pul nişanları tədavülə buraxılıb, Xəzərdə dəniz gəmiçiliyi inkişaf etdirilib, Azərbaycan Dövlət Bankı yaradılıb və s. Qeyd olunub ki, Cümhuriyyət dövründə başlanılan, amma başa çatdırılmayan bir çox işlər XX əsrin 90-cı illərində müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası tərəfindən həyata keçirilib. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin hərtərəfli inkişaf modeli Azərbaycan Xalq Cümhuriyyətinin ali arzularının həyata keçirilməsinə gözəl nümunədir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası möhkəm və sarsılmaz təməl üzərində hərtərəfli inkişaf dövrünü yaşayır. Dayanıqlı və davamlı inkişaf edən Azərbaycan dünyada etibarlı tərəfdaş, beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısı, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, dünya miqyasında əhəmiyyətli tranzit mərkəzidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cümhuriyyətin yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbirdə qeyd etdiyi kimi, “Əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”. Niyazi Səfərov 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini dövlət başçısının tariximizə göstərdiyi böyük diqqətin göstəricisi olduğunu vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edərək, İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilən müsabiqələrdə, eləcə də “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda keçirilən müsabiqədə KİV-in fəal iştirak etdiyini bildirib, iştirakçıları təbrik edərək, müsabiqənin təşkilinə görə İqtisadiyyat Nazirliyinə təşəkkür edib.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli dövlət başçısının ölkəmizdə medianın inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayaraq, KİV-nümayəndələri arasında belə müsabiqələrin təşkilinin önəmini qeyd edib.
İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri, Müsabiqə Komissiyasının sədri Ayaz Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyəti jurnalist olub. XX əsrin əvvəllərində fəaliyyət göstərən demokratikyönümlü mətbuat orqanları xalqı narahat edən problemlərə həssas yanaşıb, azadlıq, istiqlalçılıq, türkçülük ideyalarını təbliğ ediblər. Bildirilib ki, İqtisadiyyat Nazirliyi Cümhuriyyət dövrünün iqtisadiyyatına bir daha nəzərə salmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birgə KİV nümayəndələri arasında müsabiqə elan edib. Müsabiqəyə ümumilikdə 85 məqalə təqdim edilib. Bütün materiallar İqtisadiyyat Nazirliyində yaradılmış komissiya tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.
Tədbirdə qaliblər elan olunub, onlara diplomlar və mükafatlar təqdim edilib.
Müsabiqənin digər iştirakçılarına da diplom və hədiyyələr verilib.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

