/ / Ekspert: Alternativ enerji mənbələrindən istifadə olunması hər hansı qəzanın təsirinin azaldılması üçün əsas prioritetlərdəndir
Ekspert: Alternativ enerji mənbələrindən istifadə olunması hər hansı qəzanın təsirinin azaldılması üçün əsas prioritetlərdəndir
06.07.2018 [09:34]
Alternativ enerji mənbələrindən istifadə olunması, strateji obyektlərin generatorlarla təmin edilməsi və əlavə tədbirlərin görülməsi gələcəkdə hər hansı bir qəzanın təsirinin azaldılması üçün əsas prioritetlərdəndir.
Bu barədə AZƏRTAC-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Ekspert qeyd edib ki, bir neçə gün əvvəl Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində enerji təminatında yaranmış problemlərin qısa zamanda aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Komissiyası yaradıldı. Dövlət Komissiyasının yaradılması baş vermiş hadisəyə çox çevik reaksiya verilməsi, eyni zamanda, təbii ki, sistemli və operativ işlərin həyata keçirilməsi baxımdan vacibdir. Bu, ondan xəbər verir ki, belə hallar baş verərsə, proses ölkə Prezidenti tərəfindən birbaşa nəzarətə götürülür. Prezidentin nəzarətində olması da qəzanın nəticələrinin araşdırılması və fəsadlarının qısa vaxtda aradan qaldırılması baxımından ciddi bir baza formalaşdırır. Dövlət Komissiyası qəzanın başvermə səbəblərini araşdırmaqla yanaşı, gələcəkdə belə halların baş verməməsi üçün təkliflər planı hazırlayacaq. İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında ölkənin enerji sistemindəki vəziyyətlə bağlı keçirilən müşavirədə qeyd olunduğu kimi, komissiya birmənalı şəkildə yalnız baş vermiş qəzanın səbəblərini qiymətləndirmək deyil, bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi, eyni zamanda, gələcəkdə belə halların baş verməsinin qarşısının alınması ilə bağlı təklifləri dövlətimizin başçısına təqdim edəcək ki, bu da məsələyə daha sistemli yanaşmanın nümayiş etdirilməsi baxımından önəmlidir.
Qəza həm cəmiyyətimizə, həm də iqtisadiyyatımıza təsirsiz ötüşmədi. Təqdirəlayiq haldır ki, qəzanın nəticələrini aradan qaldırmaq üçün bir sıra dövlət qurumları, xüsusilə nəqliyyat sektorunda, metroda baş verənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və digər qurumlar birgə fəaliyyət göstərərək hadisəyə operativ reaksiya verdilər və peşəkarlıq nümayiş etdirdilər.
Azərbaycanın enerji sektoruna kifayət qədər investisiya yatıran ölkələrdən olduğunu deyən V.Bayramov qeyd edib ki, təkcə 2017-ci ildə Azərbaycanda enerji sektoruna 1,9 milyard manatdan çox investisiya qoyulub. Bu məbləğin böyük bir qismi 2010 və 2014-cü illəri əhatə edib. Həmin dövrdə “Azərenerji”nin xətti ilə bu istiqamətdə 1,6 milyard manat investisiya yönəldilib ki, bu da əvvəlki məzənnə ilə 2 milyard dollardan artıq vəsaitdir. Bu sektor Azərbaycan üçün prioritet sektordur. İnvestisiyanın həcminin artırılması, strukturunun şaxələndirilməsi və xüsusən də alternativ mənbələrdən istifadə edilməsi enerji sahəsində yeni iqtisadi siyasətin əsas prioritetlərindən birinə çevriləcək. Ölkə başçısının qeyd etdiyi kimi, məhz növbəti dövrlərdə də investisiya qoyuluşları bir və ya az sayda mənbədən asılılığın aradan qaldırılmasına imkan verəcək ki, bu baxımdan da mövcud siyasət, investisiya qoyuluşları gələcəkdə belə halların minimumlaşdırılması və ölkənin belə hallardan sığortalanması üçün bir baza formalaşdıracaq.
Ekspert deyib ki, alternativ enerji mənbələrindən istifadə olunması, strateji obyektlərin generatorlarla təmin edilməsi və əlavə tədbirlərin görülməsi nəticəsində gələcəkdə hər hansı bir qəzanın təsirinin azaldılması üçün əsas prioritetlərdəndir. Dövlətimizin başçısı tədbirlər planının hazırlanması ilə bağlı göstəriş verdi. “Güman edirəm ki, bu, həm elektrik stansiyasında tam təftiş və auditin aparılmasına, eləcədə enerji sektorunda daha sistemli fəaliyyətin həyata keçirilməsinə imkan verəcək. Dövlətimizin başçısı bu sahədə peşəkarlığı ilə seçilən beynəlxalq qurumlar tərəfindən qiymətləndirilmənin aparılması ilə bağlı göstəriş verdi. Bu, enerji təhlükəsizliyinin formalaşması, enerji sektorunda fəaliyyətin müasir standarta uyğun qurulması baxımından vacibdir. Son müşavirə, Dövlət Komissiyasının yaradılması, dövlətimizin başçısı tərəfindən verilən tapşırıqlar gələcəkdə enerji sektorunda belə halların qarşısının alınması üçün baza formalaşdırır. Qəzaların minimumlaşdırılması, onların fəsadlarının iqtisadiyyata, cəmiyyətə, ümumi sistemə təsirlərinin azaldılması ilə bağlı tədbirlər həyata keçiriləcək ki, bu da növbəti dövrlərdə vətəndaşların fasiləsiz enerji ilə təminatı baxımından önəmlidir”, - deyə Vüqar Bayramov bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

