/ / Qida Təhlükəsizliyi Agentliyinin idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlara müraciəti
Qida Təhlükəsizliyi Agentliyinin idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlara müraciəti
21.06.2018 [10:08]
Qida Təhlükəsizliyi Agentliyinin sahibkarlara növbəti müraciəti idxal-ixrac əməliyyatları ilə bağlıdır.
AZƏRTAC həmin müraciəti təqdim edir.
“2018-ci ilin iyulun 1-dən qida zəncirinin bütün mərhələlərində, o cümlədən idxal-ixrac əməliyyatları sahəsində dövlət nəzarətini həyata keçirəcək Qida Təhlükəsizliyi Agentliyi sahibkarlıq subyektlərinin qida təhlükəsizliyinin təmin olunması prosesində iştirakına yüksək qiymət verir, sahibkarlara qida zəncirinin bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil etmələri üçün hərtərəfli dəstək göstərəcəyini bəyan edir.
Agentlik idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlıq subyektlərini, ilk növbədə, qanunvericiliyin tələblərinə uyğun olaraq, qarşılıqlı etimad şəraitində aşağıdakı qaydalara əməl etməyə çağırır:
1. Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına dair tələblər
- İdxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlar dövlət baytarlıq nəzarətində olan yükləri ölkəyə idxal etməzdən öncə idxal tələbləri barədə məlumatlı olmalı, baytarlıq nəzarətində olan yüklər ölkəmizə göndərilməmişdən əvvəl ixrac edən ölkə tərəfindən Azərbaycan Respublikasının idxal tələbləri nəzərə alınmalıdır. Yüklərə Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının baytarlıq sahəsində təklif etdiyi müvafiq nümunələrə uyğun ixrac və idxal edən, lazım gələrsə, tranzit ölkələrin birgə seçdiyi dildə beynəlxalq baytarlıq sertifikatı tərtib edilməlidir.
Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalını həyata keçirən sahibkarlar Azərbaycan Respublikasında qüvvədə olan süd və süd məhsullarına, ət və ət məhsullarına, konservlərə, ərzaq balıqları, dəniz məhsulları, habelə kəsim üçün iribuynuzlu heyvanlara, quş ətinə və digər baytarlıq nəzarətində olan məhsulların idxalına dair baytarlıq tələbləri ilə agentliyin rəsmi veb səhifəsində tanış ola biləcəklər.
Azərbaycan Respublikasında qüvvədə olan baytarlıq-sanitariya tələblərinə uyğun olmayan dövlət baytarlıq nəzarətində olan yüklərin ölkəyə idxalı yolverilməzdir.
2. Emal olunmuş məhsulların idxalına dair tələblər
- Azərbaycan Respublikasına idxal olunan qida məhsullarının hər partiyasının daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizaları aparılır və nəticələrinə uyğun olaraq qida təhlükəsizliyi sertifikatı verilir. Sertifikatın verilməsi üçün sertifikatlaşdırılacaq məhsulun mənşə sənədi, alqı-satqı müqaviləsi, idxal ediləcək məhsula dair hesab-faktura (invoys) və idxal olunan məhsulun növündən asılı olaraq ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun təhlükəsizliyini təsdiq edən sənədlər tələb edilir.
3. Baytarlıq preparatlarının idxalına dair tələblər
- Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmış, sertifikatlaşdırılmış, qeydiyyat şəhadətnaməsinə malik və keyfiyyət sertifikatı (şəhadətnaməsi) ilə təmin edilmiş baytarlıq preparatlarının idxalına icazə verilir.
4. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalına dair tələblər - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlər və bioloji preparatların idxalına icazə verilir.
Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, əhalinin sağlam qida məhsulları ilə təmin olunması üçün daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksəkkeyfiyyətli və təhlükəsiz məhsulların idxalı əsas amillərdən biridir”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

